Kişinyovda 20 Yanvar şəhidləri yad edilib

24.01.2020

Moldovanın paytaxtı Kişinyov şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsilə başlayan tədbiri Moldova Azərbaycanlıları Konqresi təşkil edib. Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldova Azərbaycanlıları Konqresinin prezidenti Heybət Məcidov çıxış ediblər.

Bildirilib ki, 30 il öncə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya yeridilən sovet qoşun bölmələri Azərbaycanın dinc əhalisinə qarşı qeyri-insani qisas aktı törədiblər. Həmin gecə soydaşlarımız öz canlarını müstəqil Azərbaycan dövləti və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına fəda ediblər.

Qeyd olunub ki, hadisələrdən 30 il keçsə də, xalqımız həmin dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərə öz nifrətini ifadə edir və onların cəzalandırılmasını tələb edir.

Tədbirdə Moldovanın insan hüquqları üzrə keçmiş müvəkkili, Azərbaycanın dostu Aureliya Qriqori də iştirak edib.