Helsinkidə fəaliyyət göstərən Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Finlandiya parlamentinə müraciət ünvanlayıb.
Müraciətdə 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib, sovet rejiminin xalqımızın azadlıq ruhunu məhv etmək, demokratik və müstəqil dövlət qurmasının qarşısını almaq üçün 30 il öncə Bakıya və Azərbaycanın digər şəhərlərinə qoşun yeridərək, dinc əhalini qətlə yetirdiyinə, günahkarların hələ də cəzasız qaldıqlarına diqqət cəlb olunub.
Sonda Finlandiya parlamentinin 20 Yanvar faciəsinə ədalətli siyasi qiymət verməsinə çağırış edilib: "Milli qürur günümüz olan 20 Yanvarı unutmadıq unutmayacağıq!".