Ali Radanın iclasında Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupun tərkibi təsdiq edilib. 49 nəfər deputatın daxil olduğu qrupun həmsədrləri Xalqın Xidmətçisi Partiyasından olan Valeri Koliux və Vladimir Kreidenkodur.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov iclasda çıxış edərək işçi qrup üzvlərilə ölkənin azərbaycanlı diasporunun nümayəndələri arasında görüşlərin keçirilməsinin vacib olduğunu bildirib. Həmçinin qrupun daha səmərəli fəaliyyət göstərməsi üçün qrup katibliyinə İvan Slobodianikin namizədliyini irəli sürüb.
Həmyerlimizin hər iki təklifi iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq qəbul edilib. İvan Slobodianik İşçi qrupun katibi seçilib və iclasda Ukraynadakı Azərbaycan diasporu ilə işçi qrup üzvlərinin görüşünün keçirilməsi qərara alınıb.