Tacikistanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

17.01.2020

Diasporla İş üzrə Dövlət Komitəsində Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev ilə görüş keçirilib.

Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, son illər həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib və həmin layihələrə Tacikistanda yaşayan azərbaycanlıların cəlb olunmasının əhəmiyyətini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ölkəmizin diaspor siyasətini yüksək qiymətləndirdiyini, müxtəlif platformalar üzərindən layihələrin reallaşmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Komitənin həyata keçirdiyi layihələr diaspor siyasətinə yeni töhfələr verir və onlardan bir nümunə kimi faydalanmaq zəruridir.

Görüşdə Tacikistanda yaşayan azərbaycanlılar və Azərbaycanda məskunlaşan Tacikistan vətəndaşlarının fəaliyyəti barədə danışılıb, əlaqələrin daha da möhkəmləndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.