Macarıstan mediası Budapeştdə Azərbaycan evinin açılmasını geniş işıqlandırıb

13.01.2020

“Daily News Hungary” nəşri Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyilə Macarıstanın paytaxtı Budapeştdə bu yaxınlarda açılmış “Azərbaycan evi” barədə məqalə dərc edib.

“Daily News Hungary” nəşrində yayımlanmış "Azerbaijani House was opened in Budapest" başlıqlı məqalədə bildirilib ki, Budapeştdəki Azərbaycan evinin təntənəli açılış mərasimi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gerçəkləşdirilib: "Bu bina əsasən Macarıstanda, eləcə də bir sıra Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlılara mütəşəkkil fəaliyyət göstərmək və şəbəkə yaratmaqda kömək olacaq. Ev diaspor üzvlərinə Azərbaycanın mədəni irsinin qorunmasında və təşviqində, həmçinin onların yaşadıqları ölkələrin yerli cəmiyyətə inteqrasiyasında yardım edəcək".

Açılış mərasimi barədə ətraflı məlumatı bu linkdən oxumaq olar: https://dailynewshungary.com/azerbaijani-house-was-opened-in-budapest/