Diaspor könüllüsü: “Azərbaycan Diaspor Könüllüləri” Proqramında olduqca qiymətli, pul ilə alına bilinməyən təcrübə əldə etdim

27 Noyabr, 2019

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 1-i Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirilir. Proqram çərçivəsində iştirakçılar ayrı-ayrı qruplar şəklində təlimlərə cəlb edilir, Komitənin iş fəaliyyəti ilə yaxından tanış olurlar. Ənənəvi olaraq, proqram iştirakçıları 2 aylıq təlimlərin sonunda öz fikir və rəylərini bölüşürlər.

Mən - Firuzə Hacıyeva, Bakı Slavyan Universitetinin, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin III kurs tələbəsiyəm.
Azərbaycan Diaspor könüllüləri proqramına qoşulmaq, etdiyim ən uğurlu addımlardan biridir. Burada mən bir neçə dəfə görüşlərə dəvət edilmişəm və komitənin fəaliyyəti ilə tam tanış olmuşam.
İlk dəfə belə bir könüllülük proqramı olduğunu eşitdikdə çox sevindim. Çünki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi kimi bir dövlət müəssisəsində könüllü olmaq, buranın doğma bir üzvünə çevrilmək qürur verici hissdir.
Əlavə olaraq mənim ixtisasım ilə də çox əlaqəli idi. Mən xaricdə yaşayan azərbaycanlılar ilə, onların fəaliyyətləri ilə yaxından maraqlanırdım. Məqsədim bu cür məlumatlara yiyələnmək və təcrübə qazanmaq idi.
Proqram iştirakçısı kimi, 2 ay ərzində çox şey öyrəndik. Əsasən də görülən işlərlə yaxından tanış olduq. Keçdiyimiz təlim müddətində, xaricdə yaşayan soydaşlarımız ilə video bağlantılar etdik. Bizi maraqlandıran suallar cavablandırıldı və istiqamətlər verildi. Xarici ölkədə Azərbaycanı təbliğ edən insanlarla komitədə canlı görüşlərimiz oldu. Hətta mənim çoxdankı arzum olan Cocuq Mərcanlı kəndinə getməyi də, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi bizlərə təşkil etdi. Bizlərə yol boyu məlumatlar verildi. Vətənpərvərlik hissini bir daha bizlərə yaşatdığı üçün komitəyə dərindən təşəkkürümü bildirirəm. Bu çox gözəl təşəbbüslərdən biri idi.
Komitənin əməkdaşı olmasaq belə, bizə doğma münasibət göstərilir. Biz Diaspor komitəsində ev sahibi mövqeyindəyik. Həmişə bizə: "Bura sizin evinizdir" ifadəsi işlədilir. Ümumən əməkdaşlar arasında bizə fərq qoyulmur sanki illərdir komitənin üzvüyük və inanıram ki bu hər zaman belə davam edər.
Burada hər birimizin ayrılıqda istəklərinə uyğun olaraq davranır və bizlərə uyğun gələn iş qrafiki verilir.
Mən əvvəllər Azərbaycan diasporası və xaricdə yaşayan soydaşlarımız haqqında qiyabi biliklərə sahib idim. Amma artıq mən onların oradakı fəaliyyətləri, gördükləri işlər haqqında ətraflı məlumatlar toplamışam. Xaricdə yaşayan soydaşlarımız Dövlətimizi yüksək səviyyədə təmsil edirlər və bizlər də bununla qürur duyuruq. Harda olmağımıza baxmayaraq Vətən uzaqda deyil!!

Mən Talıbova Aytac Ziyafət qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4 cü kursunda təhsil alıram.
İlk öncə qeyd edirəm ki, dövlət müəssisində könüllü kimi fəaliyyət göstərmək mənim hər zaman arzum olub. Bu fursəti biz könüllülərə yaratdığı üçün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Hər bir gənc üçün belə bir fürsət yaradılması arzu olunandır. İlk təəssüratımda qeyd edə bilərəm ki, biz bu proqram çərçivəsində öz bilik və bacarıqlarımızı kifayət qədər inkişaf elətdiririk. Hər bir görüş bizim üçün arzu olunan və önəmlidir. Və bu layihədə iştirak etmək mənim üçün çox uğurlu bir addımdır.
Proqram haqqında sosial şəbəkə üzərindən məlumat alan zaman düşündüm ki, xaricdə yaşayan azərbaycanlıarın həyat fəaliyyətini öyrənmək, onlarla görüşmək, komitənin digər iş fəaliyyətləri ilə tanış olmaq məndə vətənpərvəlik hissini daha da artıraraq, dövlət və cəmiyyətlə bağlılığıma məqsədyönlü təkan verəcəkdir. Belə hesab edirəm ki, könüllülük özü bir ali məqsəddir.
Düşünürəm ki, könüllülük sahəsi biz gənclərin təsəvvüründə geniş qavramdır. Bu baxımından öyrəndiyimiz çox fəaliyyətli qavram sahəsi daim həyat fəaliyyətimizdə bizə yardımçı mövqeyində çıxış edəcək. Aktiv olduğumuz sahələr müxtəlifdir. Konüllülük fəaliyyətimlə bağlı qeyd edə bilərəm ki, müxtəlif təlimlərdə iştirak etdim, xaricdə yaşayan azərbaycanlı icmalar və onların rəhbərləri ilə yaxından görüşərək vətənpərvərlik idealarının geniş təbliğini reallaşdırdıq və hələ də bu prosesləri davam etdiririk. Eyni zamanda, qeyd edə bilərəm ki, Bakıda yerləşən Dağlıq Qarabağ icmasının fəaliyyəti ilə tanışlıq, bununla yanaşı Cocuq Mərcanlıya səfər aktiv fəaliyyətimizin bariz nümünəsidir.
Təbii ki, öyrəndiklərimizin günü-gündən artmasına səbəb olan dövlət strukturu yalnız bizə doğmalarımız kimi yaxından diqqət və qayğı göstərib. Özümüzü komitə daxilində ev sahibi kimi hiss etməyə şərait yaradır .
Öncə ki, düşüncələrimdə qeyd etdiyim kimi deyə bilərəm ki, xaricdə yaşayan azərbaycanlıların həyat fəaliyyətini öyrənmək, onların cəmiyyətimizə, dövlətimizə verdiyi tövhələri müşahidə etmək bir azərbaycanlı olaraq qürurverici və sevindirici haldır. Daim vətən eşqi ilə yaşayan insanlarla ünsiyyət qurmaq, onlardan nələrisə öyrənmək, Azərbaycançılığın təbliğatını genişləndirmək və biz gənclərə gələcəkdə yaşadığımız ölkədən aslı olmayaraq vətənin təbliğatını geniş şəkildə aşılamaq çox gözəl təşəbbus, xoş təəssürat və təqdirə layiq addımdır.
Proqramın reallaşdırılmasında əməyi və qayğısı keçən hər bir şəxsə sonsuz təşəkkürümü bildirirəm. Rəsmiyyət daxilində səmimiyyəti biz Komitə əməkdaşlarından öyrəndik.

Mən Bilqeyis Nəcəfli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və Menecment” fakültəsinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə IV kurs tələbəsiyəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramının bir üzvü olduğum üçün çox şadam. Bu proqrama qoşulmaqla, artıq bir aya yaxındır ki, həm müəyyən biliklər, həm də təcrübə qazanıram. İlk könüllü fəaliyyətimi burada keçdiyim üçün özümü çox şanslı hiss edirəm.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulduğum ilk gündən etibarən bizlər üçün yaradılan şərait, hər birimizə göstərilən doğma münasibət bu proqrama olan istəyimi artırdı.
Biz bir çox təlimlərdə iştirak edir, Dövlət Komitəsinin fəaliyyəti ilə yaxından tanış olur və hər bir müvafiq struktur bölmələrin rəhbərləri ilə görüşüb onların fəaliyyəti haqqında məlumatlar alırıq.
Sözün əsl mənasında biz könüllülərə burada çox səmimi, doğma münasibət göstərilir. Özümüzü qonaq deyil, ev sahibi kimi hiss edirik.
Könüllülər üçün müəyyən bir iş rejimi qurulub və biz qruplara ayrılmışıq. Biz həftədə bir dəfə gəlir, müxtəlif təlimlərdə və görüşlərdə iştirak edirik. Bundan başqa bizə könüllü olaraq digər müvafiq struktur bölmələrdədə təcrübə toplamaq imkanı verilib.
Xaricdə yaşayan soydaşlarımız bizi çox yüksək səviyyədə təmsil edirlər. Bizim 1989-cu ildən etibarən Kanadada yaşayan və Azərbaycan diaspor təşkilatı olaraq rəsmi qeydiyyatdan keçmiş “Kvebek Azərbaycanlıları Assosiasiyası”nın təsisçisi və sədri Məsud Əliyevlə görüşümüz baş tutdu. Mən belə bir şəxsiyyətlə tanış olduğum üçün çox şadam. Əlavə olaraq bildirmək istərdim ki, bizə belə gözəl, doğma münasibət göstərdikləri üçün Dövlət Komitəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm və işlərində uğurlar arzu edirəm.

Mən Ələkbərli Hilalə, Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm. İxtisasım Amerikaşünaslıqdır.
Bəli, proqrama qoşulmaqla bir neçə görüşlərdə iştirak etmişəm. Görüşlərdən olduqca faydalı məlumatlar əldə etmişəm. İlkin təəssüratıma gəldikdə isə sözlər ilə ifadə olunmayacaq qədər böyükdür. Proqram həqiqətən gənclərin öz asudə vaxtlarını dəyərləndirmələri üçün möhtəşəm bir fürsətdir.
Proqrama qoşulmaqda hər bir gənc kimi məqsədim təcrübə qazanmaq və öz şəxsi inkişafımı genişləndirməkdir.
Bu müddət ərzində mən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yaxından tanış oldum. Xaricdə yaşayan həmyerlilərimizin həyata keçirdiyi layihələrin və tədbirlərin gedişatını birbaşa özlərindən öyrənmək şansı əldə etdim. Könüllülərin buradakı fəaliyyətinə gəldikdə isə onlar proqramdan əlavə, həmçinin buradakı şöbələrdə də təcrübə qazanmaq imkanı vardır.
Komitədə ümümiyyətlə, hər bir könüllüyə qarşı xoş səmimiyyət mövcuddur. Deyə bilərəm ki, burada olarkən mən özümü bu ailənin bir parçası hesab edirəm. Kollektivin çox gözəl aurası var.
Könüllülərlə iş, əsasən, bizimlə razılaşdırılmış cədvəl əsasında yaradılıb. Cədvəlimizə uyğun olaraq burada öz fəaliyyətimizi davam etdiririk.
Xaricdə yaşayan həmyerlilərimizlə olan görüşlərimiz və söhbətlərimiz isə olduqca qürürverici bir hissdir. Təəssüratlarıma gəldikdə isə, soydaşalarımızın xaricdə Azərbaycanı layiqincə təmsil etdiklərini görərkən bir daha yenidən qürür duyuram. İstərdim ki, proqram davamlı olsun və digər gənclərimiz bu faydalı layihədə iştirak etmək haqqı qazansınlar.

Mən Qarayeva Ülviyyə Əhməd qızı Bakı Xoreoqrafiya Akademiyasının 4-cü kurs tələbəsiyəm.
Təəssüratlarım çox yaxşıdır. Təlimlərdə iştirak etməklə biz könüllülər geniş təcrübə qazanırıq.
Məni ilk cəlb edən səbəb bir dövlət komitəsində təcrübə keçmək idi. Və əsas məqsədim də bu komitədə təcrübə toplamaq, gələcək karyera və təhsilimin inkişafı ilə bağlı özümə yararlı biliklər qatmaqdır.
Bu müddət ərzində mən təlimlərdə, görüşlərdə iştirak etmişəm və təcrübə əldə etmişəm. Xaricdə yaşayan doğma azərbaycanlılarımızla canlı bağlantı ilə söhbət edib, onların Azərbaycan üçün nə kimi işlər gördüklərinin, xaricdə yaşasalar belə vətənpərvərlik hisslərinin nə dərəcədə böyük olduğunu görüb qürur duydum. Ən əsası da mən təlim günlərində mövzu ilə bağlı rahatlıqla suallarımı verir və ətraflı şəkildə cavabını da alırdım.
Komitədə biz həqiqətən də özümüzü ev sahibi kimi hiss edirik. İlk başda bu cür səmimi kollektivlə qarşılaşacağımızı gözləmirdim ama biz o qədər pozitiv, gözəl, səmimi, təcrübəli və öyrətməyə, cavab verməyə daim hazır olan bir kollektivlə qarşılaşdıq ki, bu həqiqətən mənim üçün çox xoş oldu.

Mən, Pərviz Natiq oğlu İbayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qrupları fakültəsinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında 4-cü kursda təhsil alıram.
Həqiqətən də proqrama ilk müraciət etdikdə necə olacağını təsəvvür etməmişdim. Daha sonra proqram müddəti başladığı andan ancaq xoş təəssüratlar yarandı. Və indi fikirləşirəm ki, nə yaxşı ki vaxtında görüb müraciət etmişəm.
Proqramın ilk elanını gördükdə Diaspor Komitəsi haqqında məlumatlı deyildim. Buna görə internetdə biraz axtarış etdim və məlumat topladım sonda müraciət etdim. Bu vaxta qədər Azərbaycanda heç yerdə könüllülük fəaliyyəti göstərmədiyim üçün bu mənə maraqlı gəlirdi və elə də oldu.
Bu vaxta qədər Diaspor Komitəsinin nə işlə məşğul olduğunu, xaricdəki Azərbaycan vətəndaşları ilə daima əlaqə olduğunu və ölkəmizin tanınması üçün təqdirəlayiq işlər gördüyünü öyrəndim.
Komitə işçiləri bizimlə sanki neçə illərdir tanıyırlarmış kimi münasibət qururlar və hörmət bəsləyirlər. Biz burada rəsmi olaraq 2 aylıq fəaliyyətdə olacağımıza baxmayaraq bizə heç də kənar şəxs kimi yanaşmırlar.
Təbii ki, iş fəaliyyəti olan yerdə iş rejimi də olmalıdır. Komitədə hər bir könüllünün vaxtına uyğun qruplar təyin edilib və öz vaxtlarında gəlib gedirlər.
İndiyədək xaricdə yaşayan soydaşlarımızla video bağlantılar qurulub və yaşadıqları ölkədə gördükləri işlərdən danışıblar. Daha sonra isə onlardan bizə maraqlı olan sualları soruşmuşuq. Həmçinin xaricdə yaşayan azərbaycanlılarla Komitədə görüşümüz də olub. Görüşdən sonra, həqiqətən onlarla fəxr edirəm. Yaxşı ki, belə həmvətənlərimiz var və onlar Azərbaycanı gözəl təmsil edirlər.

Mən Şəkəralıyeva Lamiyə 13 iyun 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. Bakı Xoreoqrafiya Akademiyasının menecer ixtisası üzrə tələbəsi, həmçinin Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçısıyam. Müxtəlif istiqamətlərdə sosial layihələrin təsisçisi və təlimlərin iştirakçısı olmuşam. Proqrama qoşulmaqla artıq bir neçə dəfə xaricdə yaşayan şəxslərlə önəmli görüşlərdə iştirak hüququ əldə edə bilmişəm.
Könüllülük proqramının təşkili üçün hər bir şərait yaradılıb. Mən və mənim kimi gənclər bu şəraitdən lazımi qədər bəhrələnə bilib.
Könüllülük proqramında iştirak diqqətimi cəlb etdi və məqsədim diaspor ilə bağlı olan bütün nəzəri bilikləri öyrənib onları praktikada tətbiq etməkdir.
Komitə əməkdaşları ilə birgə fəaliyyət göstərərək işin praktiki tərəflərini öyrənmişəm. Birgə əməkdaşlıq, mədəniyyətimizin yüksək səviyyədə tanıdılması öyrəndiklərimizin sırasına daxildir.
Sözün həqiqi mənasında Azərbaycan Respublikasının dövlət qurumlarında gəncliyə bu qədər təkan verilməsi sevindirici haldır.
Proqramda zaman bölgüsü düzgün hazırlanmış və öncədən bizim də fikrimiz nəzərə alınmışdır. Son olaraq, fikrim ondan ibarətdir ki, özünə azərbaycanlı deyən hər bir şəxs vətəndə yaşayıb yaşamamasından aslı olmayaraq ölkə rəhbərinin dayanıqlı siyasətini dəstəkləyir, həmçinin vətənpərvər ruhda yetişir.

Mən Nəsirov Ümid Bakı Mühəndislik Üniversitetini Biznesin idarə olunması fakultəsinin ikinci kurs tələbəsiyəm.
Biz Diaspor könüllüləri proqamına qoşulmaqla artıq bir neçə dəfə görüşlərə dəvət edilmişik, ilk vaxtlar Dövlət kömitəsinin sturukturlarının fəaliyyəti ilə yaxından tanış olmuşuq. Elə ilk vaxtlardan könüllülərə gostərilən xoş münasibətdən və proqramla yaxından tanış olduqdan sonra, Diaspora komitəsi və könüllülük proqramı haqqında müsbət fikirlərim formalaşdı və özümü bu könüllülük proqramının bir hissəsi olduğum üçün çox şanslı hesab edirəm.
Proqrama qoşulmazdan əvvəl Diaspora haqqında sadəcə tarix kitablarında oxudugum qədər məlumatım var idi. Qeydiyyat linkini edumap.az saytında görmüşdüm. Qeydiyatdan kecməkdə məqsədim diaspor haqqında daha çox məlumat almaq, Diaspor komitəsinin fəaliyyəti ilə yaxından tanış olmaq və xaricdə yaşayan azərbaycanlılarla işlərin necə qurulduğu haqqında məlumatlanmaq idi.
Biz bu müddət ərzində Dövlət Komitəsinin sturukturu, fəaliyyəti, iş prinsipi, Azərbaycan diasporunun tarixi, xaricdə yasayan həmvətənlətimizin fəaliyyəti və bir çox şeyləri öyrənmişik. Könüllülər əsasən Komitənin keçirdiyi tədbirlərdə iştirak etməkdə, olduğu şöbənin iş prinsipinə yiyələnməkdə onlara verilən tapşırıqları yerinə yetirməkdə aktiv olmağa çalışırlar.
Dövlət komitəsində bizə yanaşma olduqca yaxşıdır. Komitə əməkdaşları ilə bizim aramızda heç heç bir fərq qoyulmur. Hətta biz özümüzü Komitədə təcrübə keçən birisi yox, komitənin bir əməkdaşı kimi, ev sahibi kimi hiss edirik.
Könüllülərlə iş müəyyən bir iş rejimi esasında qurulub. Könüllülük proqramı çərçivəsində müxtəlif həftələrdə görüləcək işlərin, keçirililəcək tədbirlərin proqramı tərtib olunub. Hər şey vaxtı-vaxtında və proqrama uyğun olaraq keçirilir və çox müsbət haldır ki, proqramdakı görüşlərin vaxtı könülülərin vaxtlarına görə uyğunlaşdırılıb.
Sonda əminəm ki burada qazandığım təcrübə və dünyagörüşü gələcək həyatımda cox faydalı olacaq. Bizə göstərilən tam səmimi münasibətə və “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçısı olduğuma görə Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə və kollektivə dərin təşəkkürümü bildirirəm.

Mən Hacıyeva Güllü İmran qızı Bakı Dövlət Universitetinin tarix fakultəsinin 4 kursunda təhsil alıram.
İlkin təəssüratım odur ki, komitədə işləyən hər bir işçi öz işinə məsuliyyətlə yanaşır, istəyirlər ki biz nəsə öyrənək, dövlət orqanları haqqında məlumat alaq. Tədbirlərdə iştirak etməklə böyük problemlərdən biri olan Dağlıq Qarabaq probleminə toxunduq.
Proqramda məni cəlb edən o oldu ki, bir yerdə Çocuk Mərcanlı kəndinə getdik. Bunun sayəsində Qarabağımızın bir hissəsini görmüş oldum və buna görə çox şadam.
Fəaliyyət göstərdiyim ərazi şöbəsində görülən bütün işlərlə yaxından tanış oldum, Rusiyada, Ukraynada və digər ölkələrdə bizim soydaşlarımızın yaşaması haqqında məlumatlandırıldım, diasporanın onlarla görüş təşkil etməsi diqqətimi cəlb etdi.
Komitə bizimlə cox istiqanlıdı, daima bizə dəstək olur, özümüzü bir ailənin üzvü kimi hiss edirik.

Əliyeva Sofiya, Baki Dövlət Universitetinin Kimya fakultəsinin 4-cü kurs tələbəsiyəm.
Biz qısa müddət ərzində Azərbaycan diasporunun fəaliyyəti ilə tanış olduq, xaricdə yaşayan soydaşlarımızla video və canlı olaraq ünsiyyət qurmaq şansı əldə etmişik. Təəssüratlarım müsbətdir.
Azərbaycan diasporu ilə maraqlanırdım, çünkü xaricdə yaşayan dostlarım var. Onların fəaliyyətləri ilə, tədris aldığı ölkələr ilə maraqlanırdım. Məqsədim, həm Vətənimə həm cəmiyyətimizə təcrübə yığaraq əlimnən gəldikcə xeyir verməkdir.
Mən bir çox tədbirlərdə könüllü olmuşam və Diaspor Könüllulüyü həyatımda ayrıca bir yeri tutur. Bir neçə həftəni arxada qoysaqda bizim görüşlər, təlimlər və tədbirlər hər birimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Könüllülər və xaricdə yaşayan soydaşlarımızla birgə video müzakirələr təşkil olunmuşdur. Norveçdə yaşayan gənc Şervin Nəcəfpur, “Qala” Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və Azərbaycanlı gənclər ilə çox maraqlı və faydalı video bağlantı yarada bildik. Bizi maraqlandıran suallara həvəslə cavab verib, bizim könüllü yolumuzda cəmiyyətimizə, Vətənimizə harda oluruq-olaq həmişə layiqli bir şəxsiyyət və vətəndaş olmağımızı arzulayırdılar. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri ilə çox maraqlı bir görüşümüz də baş tutmuşdu. Görüşdə sədr könüllülərə Qarabağ haqqında məlumat verdi. Mənim üçün ən dəyərli tədbirlərdən olan Cəbrayil rayonun Cocuq Mərcanlı kəndinə səfərimiz idi. Aprel şəhidlərinin şərəfinə ucalmış xatirə abidəsini ziyarət etmək, məktəb və şagirdlərlə görüşmək, ilk dəfə Qarabağ torpağımıza bu qədər yaxın olmaq mənim üçün fəxrdir. Həqiqətəndə “Azərbaycan Diaspor Könüllüləri” proqramına belə tədbirlərə görə təşəkkür edirəm.
Mehriban, anlayışlı kollektivi olan Komitədə könüllü olmaq özümüzü onlardan biri kimi hiss etməyimizə səbəb olur.
Ilk tanışlıqdan, biz şöbələri əhatə edən regionlar haqqında ətraflı məlumatlar aldıq, şöbə rəhbərləri ilə tanış olduq. Gənclər özlərinə maraqlı olan şöbələrdə fəaliyyət göstərib, faydalı təcrübəni qazanmağa çalışırlar. Şahid olduq ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.

Mən Həsənzadə Murad, Bakı Dövlət Universitinin Tarix fakültəsində Tarix ixtisası üzrə təhsil alıram.
Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi məndə xoş təəssürat yaratdı və könüllülük proqramının faydalı olduğunu düşünürəm.
Dövlət Komitəsinin iş strukturu və ümumən fəaliyyət sahələri maraqlı gəldiyi üçün “Azərbaycan Diaspor Könüllüləri” proqramı məni cəlb etdi və məqsədim Azərbaycanı xarici ölkələrdə təmsil etməkdir.
Komitədə olduğum müddətdə xaricdə yaşayan azərbaycanlıların nə kimi fəaliyyət göstərdiyini öyrəndim və biz könüllülər əsasən videokonfranslarda və şöbələrdə aktiv fəaliyyət göstəririk.
Dövlət Komitəsində bizə çox gözəl yanaşma və doğma münasibət var, özümüzü ev sahibi kimi hiss edirik.
Komitədə müəyyən iş qrafiki var və sərbəst olduğumuz günlərdə seçilən şöbənin işinə yardımcı olur və strukturu ilə daha dərindən tanış oluruq.
Həqiqətən xaricdə yaşayan soydaşlarımızın gördüyü işlər təqdirə layiqdi. Əsasən doğma dilin qorunması və səlis danışıq diqqətimi çəkdi. Xaricdə keçirilən tədbirlərdə Azərbaycan həqiqətlərinin tanıdılması alqışlanası haldır. Nəticədə, Azərbaycanı təmsil edən həmvətənlilərimizə qarşı müsbət fikir və xoş təəssürat formalaşdı. Əlavə olaraq , əminliklə demək istərdim ki, Vətən uzaqda deyil !

Ədilə Məmmədova. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin magistrantı.
Biz müxtəlif strukturlarla tanış olmuşuq. Strukturlar vətənpərvərlik mövzusunu bizə təbliğ edir. Həm həvəs yaradır, həm də məlumat verir. Biz Dağlıq Qarabağın Azərbaycanlı İcması və başqa təşkilatlara getmişik. Təəssüratlarım yaxşıdır. İlk dəfə Diaspor komitəsi sayəsində bu təşkilata getmişdim. Proqrama qoşulmağımdan da razıyam. Çünki, müxtəlif məlumatlar əldə edə bilirəm və müxtəlif insanlarla da görüşlər keçirilir. Hansı ki, onlar dünyanın müxtəlif yerlərində yaşayıb AZƏRBAYCANIMIZI təbliğ və təmsil edirlər.
Mən tələbə olandan müxtəlif təcrübə proqramlarına marağım var idi. Azərbaycan Diaspor Könüllüləri proqramı da məni cəlb elədi. Düşündüm ki, bu mənim üçün maraqlı bir mərhələ ola bilər, müxtəlif məlumatlar əldə edə bilərəm, yeni insanlarla tanış ola bilərəm. Gələcəyim üçün məncə önəmli və faydalıdır.
Əslində öyrəndikərim çoxdu. İlk öncə onu qeyd edim ki, bəzən könüllü anlayışını bəzi gənclər qəbul edə bilmirlər, çünki onlar sadəcə gəliri düşünürlər. Lakin könüllü olarkən qazanılan şeylər pulnan satın alınacaq şeylər deyil, ondan qat-qat dəyərlidirlər.
İlk öncə buna könüllü iş deyib keçmək lazım deyil, ona da xüsusi bir iş kimi diqqət lazımdır və öz məsuıiyyətimizi də bilməliyik. Bu bəzi proqramlara görə dəyişir. Bəzilərində sərbəst rejimdi, bəzilərin də isə saat limiti var. Lakin hər bir halda bura qoşulan tələbələri, bura qoşulan şəxsləri nəzərə alırlar.
Biz bir neçə dəfə görüş keçirtdik. Xüsusilə, 1989-cu ildə Kanada da ilk Azərbaycan diaspor təşkilatı olaraq rəsmi qeydiyyatdan keçmiş "Kvebek Azərbaycanlıları Assosiosi-yası"nın təsisçisi və sədri Məsud Əliyevlə görüş daha çox yaddaşımda qalıb. Həm oradakı fəaliyyətindən bizə danışdı, həm də səmimi ürəklə suallarımıza cavab verdi.

Mən Əliyeva Gülyaz Ramiz qızı, Azərbaycan Dillər Universitetində təhsil alıram IV kurs tələbəsiyəm. İxtisasım İngilis dili müəllimliyidir.
Bəli, bu proqrama qoşulmağa dəyər. Çünki artıq bir neçə dəfə görüşlərin keçirilməsinə baxmayaraq çox şey öyrəndim və Diaspor komitəsinin strukturlarından xəbərdar oldum .
Məni bu proqrama qoşulma səbəbim dövlət müəssisəsində təcrübə əldə etmək, xaricdə yaşayan soydaşlarımızdan xəbərdar olmaq və daha sonra isə gələcəkdə hansısa dövlət qurumunda bu təcrübələrimdən, biliklərimdən istifadə etməkdir.
Hər təlimdə müəyyən informasiyalar əldə etmişəm. Məsələn, ASAN kadr və könüllülər haqqında, dövlət qulluğuna hazırlıq haqqında və s. məlumatları öyrəndim və bizə təlim keçən əməkdaşlara biz könüllülər bizi maraqlandıran suallarımızı verdik.
Dövlət komitəsində hər kəs könüllülərə çox mehriban, səmimi münasibət göstərir . Bəli, özümüzü ev sahibi kimi hiss edirik.
Bu müddət ərzində biz könüllülər Xaricdə yaşayan soydaşlarımızın vətənimizi qürbət eldə necə təmsil etdiklərinin, necə vətənpərvər olduqlarının, Azərbaycanın tarixini və mədəniyyətini necə təbliğ etdiklərinin şahidi olduq.
İlk öncə prezidentimiz cənab İlham Əliyevin könüllülər hərəkatını dəstəklədiyi üçün dərin minnətdarlığımızı bildiririk. Diaspor komitəsinə isə biz gənclər üçün təşkil etdiyi könüllü proqramına və bizə bu cür imkanları yaratdığı üçün təşəkkür edirik.

Mən Gülçöhrə Nəsibova, 20 yaşım var. İqtisad Universtetində oxuyuram. Türk Dünyası İqtisad fakultəsində Beynəlxalq münasibətlər 4-cü kurs tələbəsiyəm. Ümumi təəssüratım çox müsbətdir, fikrimcə bu müddət ərzində ancaq bu qədər verimli bilgi əldə etmək olardı. Görüb öyrəndiklərim gözləntimdən daha yüksəkdir.
Dünyəvi olaraq diaspora təşkilatları haqqında, fəaliyyətləri və s. haqqında xəbərlərlə qarşılaşırdım, Azərbaycanda da belə təşkilat olduğunu öyrənəndə artıq fikrim bura yönəlmişdi. Hətta dost çevrəmdə də bu barədə danışırdım ki, mən dövlət qulluğuna bura görə hazırlaşmağı planlayıram. Könüllülüklə bağlı elanı mənə yoldaşlarım bildirmişdi və mən bu gün həm təşəbbüskara, həm də onlara minnətdaram ki, əvvəlcədən Diasporla İş Üzrə Dövlət Komitəsi ilə yaxından tanışmaq imkanım oldu.
Könüllülər işdən daha çox öyrənməkdə aktivdir, məncə. Bunu da yüksək səviyyədə dəyərləndirirəm. Abi-hava xoşdur, təbii ki belə olduqda insan özünü rahat hiss edir, amma hər halda qonaq olduğumu unutmamalıyam. İş rejimi komitə tərəfindən müəyyən olunmuş gündə və saatda orada olmaq idisə, bundan əlavə gün və şöbə seçə bilmək bizim sərbəstliyimiz idi zənnimcə.
Öz vətənindən uzaqda yaşayan insanlar öz vətənində yaşayanlardan daha vətənpərvər olur, ümumən belə düşünürəm. Bunu özümdə, ailəmdə görmüşəm, elə Diaspora Komitəsində də bundan bir daha əmin oldum. Diasporada tanışdığım bütün insanların mehribanlığı ruhumu oxşayıb, ən çox da Şervin Nəcəfpour.

Mən Aygün Nəbiyeva, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində təhsil alıram.
Biz 2 ay ərzində hər həftənin 2-ci günləri olmaqla Komitənin bizim üçün təşkil etdiyi proqramlarla tanış oluruq. Ümumilikdə 9 dəfə ayrı-ayrı proqramda biz həm dünya görüşümüzü artırdıq, həm xaricdə yaşayan azərbaycanlılarla video-görüntü vasitəsilə danışdıq, həm də Diaspor təşkilatının üstünlükləri və mühüm olmasından danışdıq.
Düşünürəm ki, bizim komitədə ayrı-seçkilik yoxdur. Diqqət yetirsəz əgər "bizim" sözünü işlətdim. Artıq komitə bizim üçün o qədər doğmalaşıb ki, hər şey göz önündədir.
Biz könüllülərlə iş həm rəsmi şəkildə, həm də ailədə olan mehribançılıq kimi qurulub. Könüllülər arasında da ayrı-seçkilik yoxdur. Hamıya eyni, mehriban münasibət bəslənir.
Biz Komitədə əyani olaraq hər şeyi gördük. Dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılarla video-görüntü vasitəsilə ünsiyyətdə olduq. Hətta bir çoxunun orada uzun illər yaşamasına baxmayaraq çox səmimi və mehriban ünsiyyət qurduq.

Pərvin Ağayeva, İlkin təəssürat yaxşıdir. Proqrama qoşulduğum üçün şadam. Məqsədim dövlət orqanında iş təcrübəsi qazanmaq idi və proqram bu imkanı yaratdığı üçün diqqətimi cəlb etdi.
Könüllülər daha çox özləri seçdiyi şöbələrdə , keçirilən tədbirlər və görüşlərdə aktivdirlər. İndividual olaraq Dövlət Komitəsinin sənədlərlə iş sahəsində müəyyən qədər təcrübə qazanmışam. Əvvəldən müəyyən edilmiş iş rejimi, komitəyə gəliş-gediş qrafiki çərcivəsində, xeyli təcrübə qazanmışam. Təəsüratım müsbətdir. Xaricdə yaşayan vətəndaşların individual və ya müəyyən qruplar kimi dövlət maraqlarını belə boyük miqyasda təbliğ etdiklərini bilmirdim.

Türkanə Əsədova, bu proqrama qoşulmaqdan məmnunam. Diaspora Komitəsində Könüllü olmaqla özümü daha da inkişaf etdirərək, bilik və bacarığımı, təcrübəmi artırdım.
Burada iştirak etməklə, xaricdə yaşayan soydaşlarımızı daha yaxından tanıyaraq, vətənimiz üçün gördükləri işlərlə, Azərbaycan adına keçirdikləri layihələrlə, tədbirlərlə daha yaxından tanış olduq. Komitədə könüllü olmaq məni daha da motivasiya etdi ki, xaricdə təhsil alsam, xaricə getsəm, orada vətən üçün daha da çox işlər görüb, daim Diaspora Komitəsi ilə sıx əlaqədə olub, "Vətən uzaqda deyil" devizini aşılayardım.
Bu müddət ərzində Diaspora Komitəsinin iş fəaliyyəti ilə daha da yaxından tanış olub, dövlət qulluğu haqqında daha geniş biliklərə sahib olaraq, xaricdə yaşayan, təhsil alan soydaşlarımız ilə daha yaxından ünsiyyət quraraq, onların təcrübələrini dinləyərək bir çox faydalı biliklərə sahib oldum. Diaspora Komitəsində Könüllü olduğum müddətdə artıq məndə o stimul yaranıb ki, vətən üçün layihələr düşünmək, yeni ideyalar ortaya qoymaq lazımdır.
Dövlət Komitəsində bizə yanaşma olduqca yaxşı idi. Burada mən və könüllü yoldaşlarım özünü ev sahibi kimi hiss edirdi. Buna görə Dövlət Komitəsinə xüsusi təşəkkürümü bildirirəm. Könüllülərlə işin qurulması qaydasında və öz nizam-intizamındadır. Azərbaycan diasporu fəaliyyətin çox gözəl və aktiv şəkildə davam etdirir, daim xaricdə yaşayan həmvətənlərimizlə ünsiyyətdə olub, əlaqə saxlayırlar. Komitə hər zaman soydaşlarımızın yanında olur, onlarla br çox layihələrə imza atırlar.
Nə yaxşı ki, "Azərbaycan Diaspor Könüllüləri" proqramına qoşularaq, könüllü oldum. Dövlət Komitəsində çalışan hər bir əməkdaşa xüsusi təşəkkürümü və sağ olumu bildirirəm.

Şabanov Şahru Həbibullah oğlu, Bakı Biznes Universitetində İqtisadiyyat ixtisası üzrə III kursda oxuyuram.
Proqrama qoşulmamışdan əvvəl Diaspor komitəsi və dövlət strukturu barədə məlumatım yox idi. Əsas da Diaspor komitəsi haqqında. İlk tanışlıq, proqramımızda olan lahiyələr və tədbirlər bizim üçün çox maraqlıdır. Ən maraqlısı isə Cocuq-Mərcanlı kəndinə səfərimiz oldu.
Diaspor komitəsinin internet səhifəsindən araşdırdıqdan sonra komitənin necə vacib işlər gördüyünü anladım və Diaspor Könüllüləri ailəsinə daxil olmaq üçün müracət etmək qərarina gəldim.
Proqrama başladıqdan bu günə qədər bir çox biliklərə yiyələndim. Bunlara daxildir: Dövlət qulluğunun strukturu, komitənin fəaliyyəti və gördüyü işlər və.s
Dölət komitəsində ilk gündən bizə çox yaxşı münasibət göstərilir. Və proqramda heç də qonaq kimi hiss olunmur. Hər kəs gülərüz və mehribandır.
Hər bir könüllünün dərs və ya iş qrafikinə uyğun olaraq komitənin vaxtı müəyyən olunub. Yəni hər bir kəsin iştirakı üçün vaxt məsələsində maksimum şərait yaradılıb. Universitetdə səhər növbəsi olduğum üçün komitəyə saat 2-də gəlirəm. Və bu vaxtlar tam könüllülərə uyğun olaraq müəyyənləşdirilib.
Yuxarıda qeyd etdiyim kimi, komitəyə gəlməmişdən əvvəl bu barədə heç bir məlumatım yox idi. Və xaricdə yaşayan soydaşlarımızın belə bir lahiyələr gerçəkləşdirməsi həqiqətəndə bizə çox maraqlıdır. Biz onların bir neçəsi ilə video görüntülü bağlantı ilə danışdıq və onaların fəaliyyəti barədə daha da yaxından tanış olduq.
Komitənin proqramı, komanda, və komitə işçiləri ilə bu proqramda olmağımız çox maraqlı və sevincli bir hissdir. Çünki proqramda iştirak edən hər bir könüllü gələcək dövrlərdə öz diaspordan öyrəndiyi fəaliyyəti xaricdə tətbiq edəcəkdir. Və gələcək dövrdə də hər bir könüllü komitə ilə birlikdə fəaliyyər göstərməyə hazır olacaqdır.

Əhmədova Şəfa Əmrah qızı, 11.05.1998 ci ildə Göyçayda anadan oluşam. 2015-2019 cil illərdə Azərbayan Dövlət İqtisad Universitetində bakalavr təhsili almışam. İndi isə Azərbaycan Texniki Universitetində 1-ci kurs magistr tələbəsiyəm.
Təsüratlarım müsbətdir, bilmədiyim çox məlumatlar əldə etmişəm. Açığı bura gələnə kimi kifayət qədər məlumatım yox idi,məqsədim daha çox məlumatlara sahib olmaqdır.
Komitələr, ASAN xidmət, dövlət qulluğuna qəbul və s. haqqında geniş məlumatlar toplamışam. Könüllülər yeni məlumatları öyrənməkdə aktivdir. Ev sahibiyik, ortam səmimidir, burada bizə könüllü kimi yox daha isti münasibət var.
Görüşümüz təyin edilən gün hamının bir nəfər kimi orda iştirakı vacibdir, bundan əlavə günlər könüllü kimi qalıb işləyənlər üçün onlara uyğun zaman qrafiki təyin olunub.
Bu proqramda iştirakım üçün özümü şanslı sayıram, mehriban kollektiv, yeni məlumat, yeni tanışlıqlar qazanmaq çox müsbət haldır. Həmçinin burada Diaspora fəaliyyəti ilə daha yaxından tanış olduq. Xaricdə yaşayan həmvətənlərimizlə canlı olaraq əlaqə saxladıq, onların xaric haqqında fikirlərini öyrəndik və bilmədiyimiz suallara cavab aldıq.
Məncə ölkəmizdə yaşayan azərbaycanlılarımızın hamısı bu komitəni daha yaxından tanımalı və iş fəaliyyəti haqqında bilgiyə sahib olmalıdır. Bunun üçün əsasən tələbələr arasında məlumat xarakterli görüşlərin keçirilməsi çox yaxşı addım olar.

Məhərrəmov Mehman İlham oğlu, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr və Hacettepe Univeritetinin Beynəlxalq Münasibətlər İncəsənəti fakültəsinin magistr məzunuyam. Hal-hazırda, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində könüllü kimi fəaliyyət göstərirəm.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində və İslam Əməkdaşlığı Təşkilatının Türkiyədə yerləşən idarəsində təcrübə proqramı keçmişəm.
10-dan artıq BMT, İKT və Parlament Modeli oyunların iştirakçısı olmuş və debat üzrə mükafata layiq görülmüşəm. Həmçinin, Diplomatlar klubu tərəfindən təşkil olunmuş “Səfirdən Gələcək Səfirlərə” proqramının məzunuyam.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Aleksandr Qorçhakov İctimai Diplomatiya fondu tərəfindən Moskvada təşkil olunan beynəlxalq yığıncaqda iştirak üçün təqaüd haqqı qazanmış və tədbirin yekununda iştirakım üçün şərəf istinadı adına layiq görülmüşəm.
Əlbəttəki, görüşləri yüksək dəyərləndirirəm. Çünki hər zaman diaspora fəaliyyətini ekran arxasından və sosial şəbəkələr üzərindən izləmişdim. Lakin görüşlər zamanı ən mühüm mövzularla yaxından tanış olub fikir rmübadiləsi əldə etdim.
Könüllülük fəaliyyəti ilə məşğul olmaq son zamanlarda gənclər arasında sürətlə yayılan və qısa zamanda gənclərə istər praktiki, istərsə də peşəkar sahədə özünü inkişafa yönləndirən bir çağırış oldu. Gənclər öz biliklərini, bacarıqlarını və gələcək karyera üzrə seçimlərini könüllülük vasitəsilə bir daha təcrübədən keçirmək şansı əldə etdilər.
Könüllülük sadəcə gənclərə öz fərdi inkişafları üçün zəmin yaratmaqla qalmadı. Həmçinin, bu yolla gənclər sosial məsuliyyətli bir vətəndaş olmağın fərqinə vararaq öyrənməyin və öyrətməyin yolunun sadəcə kitab oxumaqdan keçmədiyinin fərqini öyrəndilər.
Bu fikirlərim könüllülük fəaliyyətim üçün mənim Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsini seçməyimə səbəb oldu. Diaspora fəaliyyəti hər bir xalqın beynəlxalq arenada tanınması, öz mədəniyyətini, inanclarını, mətbəxini , tarixi həqiqətlərini dünya dövlətləri arasında nümayiş etdirməsi üçün ən əsas və mühüm yollardan biridir. Məndə öz zənnimdə, Beynəlxalq Münasibətlər fakültəsinin məzunu və gələcək kariyeramı diplomatik sahədə davam etdirməyi düşünən bir gənc olaraq könüllülük fəaliyyətimi diaspora sahəsində etməyin vacibliyini hiss etdim.
Xaricdə yaşayan soydaşlarımızın şəbəkələnməsi yaxşı təşkil olunmuşdur. Lakin, bunun davamı olaraq vətəndaşların özlüyündə daha aktiv olmasını arzu edərdim. Sadəcə diaspora tərəfindən təşkil olunan tədbirlərdə iştirak deyildə, hərkəs əsas vətəndaş olmağın beynəlxalq təmsilçilikdə nə qədər mühüm olduğunun fərqinə varsın və bu yöndə diaspor işini öz günlük həyatlarının bir hissəsi etsin istərdim.
2 əlavə təklifim var. İlk öncə, məzun olduğumuz zaman hər bir könüllüdən bir layihə təklifi yazmağı xahiş etmək olar və bu yolla hər kəs öz sahəsi üzrə öyrəndiklərini nümayiş etdirə və diaspora fəaliyyəti üzrə təkliflər təqdim edə bilərlər.
İkinci olaraq isə BMT modeli formatında bir oyun keçirtmək olar. Hansıki, Diaspora Komitəsinin şöbələrində işləyən şəxslər və könüllülər birlikdə model formatında növbəti ilin fəaliyyət planını hazırlaya bilər. Bunun üçün könüllülər işləri daha dərindən öyrənəcək və geniş araşdırmalar şəklində təkliflər təqdim edəcək.

Mən Behbudzadə Səmayə Vüqar qızı, Bakı Dövlət Üniversitetinin tarix fakültəsində təhsil alıram. Gələcək üçün planım dövlət qulluğuna hazırlaşıb hər hansısa bir dövlət müəssisəsində çalışmaqdır.
Təbii ki, program cox dəyərli məlumatlar öyrənməyimə səbəb oldu. Həm komitə haqqında, həm xarici fəaliyyət haqqında geniş məlumat aldım.
Əslində programa qosularken belə maraqli olacağını dusunməmisdim. Daha sonra ilk məlumatlandırıcı tədbirdə artıq marağım oyanmısdı.
Biz yalniz bir sahə ilə kifayətlənmirik. Həm komitənin fəaliyyəti həm xaricdə yasayan azərbaycanlilarla aktiv dostluq sahəsində konullulemizin hamisi aktivdir. Hər kəs ozunə uygun olaraq cavab verəcəksə, mən ev sahibiyəm, cunki səmimi munasibət gozəl dostluq, ailəvi kolləktivlik hamisi – komitəmizdə movcuddur.
Təbii ki, dərs və ya is cədvəlimizə uyğun olaraq hər kəsə muəyyən olunan iş rejimimiz var. Azerbaycan Respublikasının Diasporla İs uzrə Dovlət Komitəsində iş fəaliyyəti aktivdir, bunu saytimizda olan xəbərlərlə əyani səkilde subut etmək olar. Həmçinin xaricdə yasayan soydaslarımızla əlaqə onlarla virtual görus diskussiyalarımız hamisi təqdirəlayiqdir.

Rişanova Arzu Natiq qızı. Bakı Mühəndislik Universitetinin Beynəlxalq Münasibətlər İxtisasında sonuncu kursda təhsil alıram.
Əlbətdə ki, proqrama qoşulmağa dəyərdi. Səbəb odur ki, burada ilk öncə biz könüllülərə çoxlu imkanlar yaradılır və diqqət ayrılır. Biz burda qətiyyən yad münasibət görmürük, çox mehriban və səmimi kollektiv ilə ailəmizdə olduğu kimi özümüzü çox rahat hiss edirik. Təlimlərdə isə bizim üçün geniş imkanlar yaradilir ki, biz özümüz müzakirəli şəkildə çox maraqlı təlimdə iştirak edək və istədiyimiz sualları verə bilək. Ən əsası isə proqramın iştirakçılarının hər birinin fikrinə önəm verilir. Bizdən hər dəfə nə istədiyimiz soruşulur və gənclərin fikirlərinə əhəmiyyət verilir. Bu çox gözəl və sevindirici haldır.
İlk öncə onu deyim ki, Diasporla İş Üzrə Dövlət Komitəsi tamamilə mənim ixtisasımla əlaqəli bir qurumdur. Həmçinin xaricdə yaşayan azərbaycanlıların bir idea ətrafında toplanması mənim üçün qürur verici bir haldır. Mən də özümü bu ideanın, birliyin bir parçası hiss edirəm. Hər şeydən əvvəl vətənimə, dövlətimə və xalqıma qulluq etmək mənim vəzifə borcumdur. Həmçinin mən bu borcumu yerinə yetirməkdən qürur duyuram.
Bu proqramda olduğum müddət ərzində diasporla və xaricdə yaşayan insanlarla əlaqəli çoxlu məlumatlar öyrəndim. “Diaspora yalnız xaricdə yaşayan azərbaycanlılar deyil, həmçinin özünü azərbaycanlı hiss edən hərkəsdir” bu cümlə mənim üçün çox dəyərlidir, çünki, mən o an hiss etdim ki, bu komitədə nə qədər əhəmiyyətli işlər görülür.
Burada bizə çox mehriban isti münasibət var, özümüzü ev sahibi kimi hiss edirik.
Burada çox doğma münasibət görürük amma, bu o demək deyil ki, sərbəslikdir və ya nəzarət yoxdur. Rejim qurulub və hər şey sistemlidir. Təlimlərdən başlayaraq şöbələrlə işə kimi hər şey tənzimlənir.
Mən anladım ki, Azərbaycanılar xaricdə sıx bağlarla bir birlərinə bağlanıb Azərbaycançılığı çox gözəl şəkildə nümayiş edirirlər. Bu çox gözəl və sevindirici haldır. Bizim soydaşlarımız vətəndən uzaqda olsalarda vətənimiz üçün əllərindən gələnin ən gözəlini etməyə çalışıllar. Hər şey çox gözəldir. Əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm.

Salam.Novruzova Sona Mehman qızı.SDU-nun Tarix və coğrafiya müəllimliyi üzrə bakalavr,UNEC-də İnsan Resursları üzrə magistr ixtisasini bitirmişəm. Hal-hazırda Diaspora könüllüsüyəm.
Sentyabrın 9-dan etibarən “Azərbaycan Diaspora Könüllüləri” proqramina qoşulmuşam.Və bu müddət ərzində könüllülərlə birlikdə bir sıra görüşlərdə iştirak etmişəm,Diaspora Komitəsi tərəfindən “Cocuq-Mərcanlı”-ya səfər etmişəm. Xaricdə yaşayan Diaspora üzvləri ilə canlı yayım vasitəsi ilə görüntülü danışıqlarımız olub. Dövlət Komitəsində könüllü olduğum üçün fəxr edirəm.
Diaspor Könüllüləri proqramına qoşulmaqda məqsədim dövlət sektorunun təcrübəsinə yiyələnməkdir.
Asan Xidmət-in əməkdaşı ilə görüşümüz yadda qalan oldu. Eyni zamanda Diaspora əməkdaşları bizə şöbələr və onların fəaliyyətləri barədə məlumat verdilər.
Könüllülərlə iş sistemində hər bir könüllünün xahiş və istəklərini nəzərə alınır.Hər bir könüllü fəaliyyətinə məsuliyyətlə yanaşır.
Diaspora Könüllüsü olmamışdan əvvəl Diaspora və onun fəaliyyəti haqqında demək olar ki,məlumatım yox idi. İlk gün bizə Diaspora Komitəsinin bütün ərazi şöbələri haqqında elə şöbənin əməkdaşları məlumat verdilər. Diaspora Komitəsinin fəaliyyətini müsbət qiymətləndirirəm və hər birinə müvəffəqiyyətlər arzu edirəm.
Sonda bütün gəncləri Diaspora Komitəsində könüllü olmağa səsləyirəm.Və bu yolda bütün könüllülərə uğurlar arzulayiram.

Muradzadə Aqil Elxan oğlu, Xətai rayonu 221 saylı tam otra məktəbdə təhsil almışam. Hal hazırda Bakı Dövlət Universitetində təhsilimi davam etdirirəm.
Azərbaycan Diaspor Könüllülər proqramına qoşulmuşam və bu işdən peşiman deyiləm. İlkin təəsüratım müsbətdir proqrama qoşulmağa dəyər.
Diaspor Könüllüləri Proqramında iştirakımın məqsədi yerli və beynəlxalq tədbirlərdə iştirak etmək, intellektual səviyyəmi artırmaq, tanınmaq və bu proqrama öz töhvələrimi verməkdir.
Könüllülər əsasən xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmağa, tədbirlərdə iştirak etməyə daha çox meyillidirlər. Bu müddət ərzində Komitənin iş fəaliyyətini öyrənərək praktiki təcrübə toplayıram. Komitədə mənə qarşı yanaşma səmimi və isti münasibətlər üzərində qurulub və özümü sərbəst hiss edirəm.
Tələbə olduğum üçün müəyyən iş rejimim var, həmin saatlarda komitədə aktiv fəaliyyət göstərirəm. Hesab edirəm ki xaricdə yaşayan soydaşlarımız komitənin işində daha aktiv fəaliyyət göstərə bilər, eləcə də bütün türkdilli dövlətlərin vahid diasporda birləşərək biri- birinə dəstək olmaları, türk dünyasına qarşı yaradılmış süni problemlərin həllində daha aktiv fəaliyyət göstərmələri məqsədəmüvafiq olardı.

Mən Qasımova Nəzrin, Bakı Dövlət Universitinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə ingilis dilində təhsil alıram.
Əvvəlcə, biz gənclərə belə bir şərait yaratdığı komitəyə təşəkkürümü bildirirəm. “Azərbaycan Diaspor Könüllüsü” proqramının könüllülərindən biri olduğum üçün çox şadam. Proqramın ilk görüşlərində, biz komitənin strukturu və fəaliyyəti barədə məlumat əldə etdik, halbuki əvvəl mən diasporanın nə olduğunu bildiyim təqdirdə, bu yöndə aparılan işlərin nə qədər çoxşaxəli olduğunu bilmirdim. Və bu proqram vasitəsilə komitənin strukturunu qismən mənimsəmiş oldum. Görüşlərimiz zamanı ölkələr üzrə kuratorlarla müəyyən məsələləri müzakirə edir, fikir mübadiləsi aparırıq. Eyni zamanda, hər dəfə xarici ölkələrdə yaşayan həmvətənlərimizlə canlı bağlantıların aparılması və onlardan xaricdə Azərbaycan həqiqətlətini necə təbliğ etdikləri barədə eşitmək görüşlərimizin daha da maraqlı keçməsi ilə yadda qalır. Çünki, həqiqətən Azərbaycanda bu cür gənclərin yetişib, vətənimizi və vətənimizin ugurlarını, nailiyyətlətini, problemlərini və əlamətdar günlərini vətəndən uzaqda digər millətlətlərlə bölüşə bilmə bacarığı təqdirə layiqdir.
Özüm Diplomatiya sahəsində təhsil aldığım üçün bu proqram üzrə qeydiyyatdan keçdim. Düşünürəm ki, diaspora fəaliyyətinin də lobbiçilik kimi siyasətdə və eyni zamanda müəyyən məqsədlərin həyata keçməsində müstəsna rolu vardır. Eyni zamanda magistr təhsilimi xaricdə almağı planlaşdırdığım üçün, diaspora fəaliyyəti ilə yaxından tanışlığım məni daha da həvəsləndirir.
Diaspor Komitəsi həqiqətən də çox mehriban kollektivlə əhatə olunub. Komitənin müəyyən iş rejimi var. Eyni zamanda könüllülər üçün də müəyyən olunan günlər və saatlar ayrılmışdır. Hətta proqramdan əlavə fəaliyyət göstərmək üçün şərait də yaradılmışdır. Bu da öz növbəsində komitə kollektivinin işlərinə necə məsuliyyətlə yanaşdığının bariz nümunəsidir.
Xaricdə yaşayan soydaşlarımız haqqında fikirlərim çox müsbətdir. Çünki, hər canlı bağlantı ilə etdiyimiz görüşlərdən sonra mən onlardan daha çox informasiya əldə etmiş oluram. Onlar Azərbaycan həqiqətlərini usanmadan dəstəkləyir, problemlərin ədalətli həllini tapmasında əllərindən gələni əsirgəmirlər. Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycan gəncliyinin belə vətənpərvər və gələcəyə inamla addımlamasını dəstəkləyir, eyni zamanda bir gün özümündə bu sıralarda yer alacağıma böyük ümidlər bəsləyirəm.
Ümid edirəm ki, Azərbaycanın parlaq gələcəyi naminə atılan addımlar böyük nailiyyətlərlə davam edəcəkdir.

Mən, “Azərbaycan Diaspor Könüllüləri” proqramımın iştirakçısı Əmirova İlkay. Belə bir proqramda iştirak etdiyim üçün çox şadam. İştirak etməyim böyük həcmli bir məlumat və biliklər əldə etməyimə yol açdı.
Bu günlərdə ictimai fəallıq göstərmək çox böyük əhəmiyyət daşıyır. Yay aylarında digər könüllülük proqramlarında da iştirak etmişdim ( EYOF, Formula 1). Sonra isə “Azərbaycan Diaspor Könüllüləri” proqramı haqda eşitdim və orada iştirak etməyə gərar verdim. Məqsədim Diasporla İş üzrə Dövlət Komitəsi ilə yaxından tanış olaraq, təcrübə və biliklərimi artirmaq idi və elə də oldu. Burada olduğum müddət ərzində ictimai fəaliyyət barədə yaxından tanış oldum, çoxlu gözəl və dəyərli insanlar tanıdım, komitənin təcrübəli işçiləri mənə insanlarla işləməyin sirlərini öyrətdilər və ümumiyyətlə vaxtımı çox xoş keçirdim.
Könüllülər əsasən tələbə olduqları üçün hər sahədə aktivdirlər. Komitəyə gəlmədən öncə araşdırma etməyimə baxmayaraq, çox da ətraflı məlumata sahib deyildim. Gəldikdən sonra necə də az məlumatım olduğunu və öyrəniləsi çox şey olduğunu anladım.
Hər kəs çox gülərüz və səmimidir. Hər gün burada olduğum üçün mənə özlərindən biri kimi münasibət göstərirlər.
Bundan əvvəl də qeyd etdiyim kimi, komitədə işləmək mənə çox gözəl insanlarla tanışlıq fürsəti verdi, bu sahədə aparılan dövlət işinin ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu anladım və əgər bu işdə bir zərrə mənim də töhvəm olmuşsa, bundan çox qürur duyuram.
Xaricdə yaşayan həmvətənlərimiz və vətənimizi sevən insanlarla tanış oldum. Vətəndən uzaq olasalar da, onların vətən sevgisi hədsizdir. Onların orada yaşayaraq, ənənələrimizi, bayramlarımızı, göz yaşları ilə yada saldığımız günlərimizi başqa ölkələrin insanlarına düzgün bir şəkildə çatdırmaqları təqdirəlayiqdir.

Mən Rəşidli Arzu Azər qızı, ADA Universitetinin 3-cu kurs tələbəsiyəm. «Azərbaycan Diaspor könüllüləri» proqramına qoşulmazdan əvvəl bu qədər bilik və məlumat əldə edəcəyimi düşünmürdüm, Diaspor Komitəsi mənim üçün yeni mühit, yeni dostlar və kəşf edilməkdə olan maraqlı bir yerə çevrildi. Proqrama qoşulduqdan sonra bizim üçün diasporun fəaliyyəti və gördükləri işlərlə yaxından tanış olmaq şəraiti yaradıldı, hansı ki bu, mənim əvəzedilməz təcrübə qazanmağıma səbəb oldu. Əlbəttə ki, proqram hələ də davam edir və burada daha da çox öyrənəcəklərimin olması faktı danılmazdır.
Proqram haqqında ilk elanı daima izlədiyim gənclərin inkişafı üçün nəzərdə tutulmuş saytda görmüşdüm. İlk işim isə komitənin fəaliyyətini qiyabi də olsa araşdırmaq oldu və daha sonra müraciət edib seçilən gənclər sırasına daxil oldum. Düşündüm ki, Diaspor Komitəsində fəaliyyət göstərmək gələcək karyeram üçün faydalı ola bilər və artıq buna daha da əminəm.
Biz könüllüllər olaraq təyin olunduğumuz gündə təlimlərdə və görüşlərdə iştirak edirik. Komitənin fəaliyyətindən əlavə, dövlət qulluğu ilə bağlı məsələlər, iş müsahibələrinə hazırlıq kimi məsələlər də təlimlərdə bizə təklif edilən mövzular sırasına daxildir.
Komitədə biz - könüllülərə qarşı münasibət ilk gündən etibarən çox yaxşıdır. Heç bir ayriseçkiliyə yol verilmir və bu bizim özümüzü Diaspor Komitəsi ailəsinin bir üzvü kimi hiss etməyimizə səbəb olur.
İş qrafikimiz rəhbərlik tərəfindən bizə uyğun qurulmuşdur. İş saatları ilə bağlı ciddi nizam-intizam irəli sürülmüşdür. Mən dərslərimin səhər növbəsi olması səbəbi ilə günün ikinci yarısı fəaliyyət göstərirəm. Hər qrup öz təyin edildiyi vaxtda komitədə olmağa məsuliyyət daşıyır, digər günlər üçün isə şəxsi seçimləri olaraq onlara komitədə çalışmaq imkanı yaradılmışdır.
Diaspor Komitəsi bizə xaricdə yaşayan soydaşlarımızla virtual olaraq tanış olma şansı yaratmışdır, hansı ki, bu da bizim nə qədər vətənpərvər həmvətənlərimizin olduğunu bizə xatırlatmağa və onlarla daha da sıx ünsiyyətdə olaraq diasporumuzun fəaliyyətini olduğumuz və yaxud gələcəkdə olacağımız xarici ölkələrdə genişləndirməyə həvəs yaratmışdır.
Diaspor Komitəsinə bizə yaratdıqları möhtəşəm imkanlar və milli kimliyimizi bir daha bizə xatırladaraq, birlikdə siyasi düşmənlərimizə qarşı mübariə aparmağımıza motivasiya verdiyinə görə minnətdarlığımı bildirirəm.

Mən Mahmudova Sara Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsiyəm və təhsilimi ingilis dilində alıram. Bir sıra təcrübə layihələrində iştirak etmişəm və hal-hazırda “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçısıyam.
“Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaq haqqında aldığım qərarda yanılmadığımı artıq ilk görüşdən anlamışdım. Fuad Muradovun rəhbərliyi altında baş vermiş bu görüş məndə Dövlət Komitəsinin fəaliyyəti və gördüyü işlər haqqında qısaca da olsa ilkin təəssürat yaratdı və bu xoş təəssürat məndə böyük maraq oyadaraq, komitənin strukturu ilə daha da yaxından tanış olmağa sövq etdi. Bu maraq məni sonrakı görüşlərdə də tərk etmədi və baş tutacaq hər bir görüşü səbrsizliklə gözləməmə səbəb olurdu. Layihə çərçivəsində təlimdən əlavə olaraq, könüllü şəkildə şöbələr üzrə təcrübə qazanmaq imkanı mənim üçün çox gözəl şans idi və təbii ki, bu fürsəti qaçıra bilməzdim.
Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan bir tələbə kimi “Azərbaycan Diaspor Könüllüləri” proqramı diqqətimi cəlb etməyə bilməzdi. Niyə? Çünki gələcəkdə Azərbaycan Respublikası tərkibində fəaliyyət göstərən dövlət müəssisəsində çalışmağı özümə məqsəd qoyduğumdan və bu proqramda iştirakımın məni bu hədəfimə çata bilməmdə, qazanacağım ən böyük sərmayələrdən biri ola biləcəyinə inandığımdan iştirak etmək qərarını aldım. Və mənim üçün layihəni daha da cəlbedici edən xüsusiyyətlərdən biri də, digər könüllülük proqramlarından fərqli olaraq xidmət sahəsi yönümlü deyil də, daha çox Dövlət Komitəsində fəaliyyət haqqında bilik və təcrübəmizi artırmaq istiqamətində köklənməsi olması proqramda iştirak etmək istəyimin daha da artmasına səbəb oldu.
Proqramın mənə çox şey qazandırdığına inanıram. Dövlət Komitəsinin strukturu, fəaliyyət dairəsi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla necə bağlantı qurulması, onların yaşayışı, təhsili və yaşadıqları mühitə adaptasiya olunması üçün yaradılan imkanların nə şəkildə təşkil olunub-həyata keçirilməsi haqqında öncədən sahib olmadığım bilik və təcrübə qazanmama vəsilə oldu.
İlk təlimimiz zamanı Dövlət Komitəsinin bir sıra şöbələri haqqında ilkin məlumatlarımızı almışdıq və gözləmədiyimiz münasibətlə qarşılaşdıq. Komitə rəhbərliyinin bizə qarşı isti münasibəti və bizi ailələrinin bir üzvü kimi görmələri, bizim üçün dövlət müəssisələri haqqında olan tipik məmur-vətəndaş anlayışını dağıtdı və yerinə çox xoş təəssüratlar yaratdı.
Proqram çərçivəsində könüllülər həftənin iş günləri üzrə 5 qrupa bölünüb və bunu da qeyd etməliyəm ki, bu bölünmə bizim arzu və istəyimiz nəzərə alınmaqla həyata keçirilmişdir. Hər kəs üçün müəyyən edilən təlim günləri öncədən edilmiş seçim üzrə səhər və günorta növbəsi olaraq bölünmüş və müəyyən edilmiş iş saatları çərçivəsində başlayaraq sona çatır. Proqramın üzvü olan və olacaq hər bir kəs bu cür sistematik iş bölgüsü sayəsində, iş rejimi haqqında təcrübi şəkildə, tanış olma imkanı qazanacaqdır.
Son bir neçə təlimlər xaricdə yaşayan soydaşlarımızla video bağlantı qurma çərçivəsində həyata keçirilmişdir. Bu video bağlantılar bizlə dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz arasında bir körpü yaratdı hansı ki, bizə vətəndən kənara addım atacağımız şəraitdə, bizi orada qarşılaya biləcək və qəribçilik yaşamamıza imkan verməyəcək, bir ailə ocağımızın var olduğunu göstərdi. Bu gənclərimizlə tanış olmaq və onların vətəndən məsafə olaraq nə qədər uzaq olmaqlarına baxmayaraq, qəlbən vətənlə olduqlarını və Azərbaycan naminə olan fəaliyyətlərini görmək məni həqiqətən qürurlandırdı. Bu cür gənclərimizin var olması və bizi birləşdirən milli dəyərimiz olan Azərbaycan kimliyini unutmamaları həqiqətən də təqdirə layiqdir.
Öncəliklə bildirmək istərdim ki, Diaspor ailəsinin bir üzvü olmaqdan çox məmnunam və qürur hissi duyuram. Komitə daxilində və Cocuq Mərcanlıya səfərimiz zamanı bizim üçün yaradılan hər bir şərait üçün və bizə qarşı olan isti münasibətlərinə görə bütün kollektivə öz təşəkkürümü bildirirəm. Son olaraq, dünyanın hər bir yerinə yayılan Azərbaycan Diaspor fəaliyyətinin daha da genişlənərək və güclənərək böyük uğur və nəaliyyətlərə imza atmasını arzulayıram.

Mən Hacıyev Əliheydər Ələsgər oğlu 2000-ci il oktyabr ayının 10 da Şamaxı şəhərində anadan olmuşam. 2006-cı ildə Şamaxı şəhər 1 saylı orta məktəbə getmişəm. 2017ci ildə məktəbi bitirib Bakı Dövlət Universitetinin Beynəxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmuşam Hal-hazırda 3-cü kursda təhsil alıram.
Həqiqətən çox xoşbəxtəm ki, məhz könüllü fəaliyyətimə Diasporla İş üzrə Komitəsində başlamışam. Komitədən əldə etdiyim biliklər gələcək iş planlarımda mənə köməkçi olacaq.
Hal-hazırki dövrdə uğurlu karyeranın başlanğıcı könüllü fəaliyyətindən keçir. Komitədə könüllü olmamışdan əvvəl ‘Diaspora’ anlayışı haqqında heç bir fikrim yox idi. İnsan bir şey haqqında bilmirsə onu öyrənməyə meyilli olur necə ki, məndə də belə oldu.
Məqsədim isə gələcəkdə İtaliya və İspaniyada Azərbaycan Diasporuna dəstək verməkdir. İlk fəaliyyətim Komitənin rəsmi saytı ilə tanış olmaqdan başladı. Birinci növbədə Komitənin Əsasnaməsi ilə tanış oldum. Sonrakı fəaliyyətim Xaricdə yaşayan Azərbaycanlıları öyrənmək və onlar haqqında geniş məlumatlar toplamaq oldu. Əldə etdiyim bu məlumatları öz şəxsi Facebook səhifəmdə dostlarımla paylaşdım və çox yüksək maraqla qarşılandığının şahidi oldum.
Könüllü dostlarım AZƏRBAYCANÇILIQ ideologiyasını yaymaqda daha aktivdirlər mənim fikrimcə. Həddən artıq mehriban və səmimi ortam yaradılıb. Yüksək səviyyədə Komitə əməkdaşları çalışırlar ki, biz özümüzü çox rahat və güvəndə hiss edək.
Bu arada bütün Komitə əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Hər bir könüllünün dərs və yaxud iş cədvəlinə uyğun qurulmuş planda müxtəlif şərti nömrələr altında qruplar yaradılıb. Bundan əlavə mən Komitədə Təbliğat, İnformasiya və Analitik təhlil şöbəsində könüllü fəaliyyət göstərirəm. Təyin olunmuş vaxtlarda Komitəyə gəlir və mənə aid olan işlərlə məşğul oluram.
Komitəyə daxil olmuş məktublara cavabın yazılması prosesinə şahidlik edir və KİV də təbliğat işinin yüksək səviyyədə necə aparılmasının sirlərini öyrənirəm.
Yetərli səviyyədə bu sahədə aktiv olmağa çalışıram və bu sahəni çox sevirəm. Xaricdə yaşayan bir sıra həmvətənlərimizlə canlı bağlantılar qururuq, onların məsləhətlərini dinləyir və suallarımızı veririk. Tural Sadıxlı və Rüfət İsmayıl haqqında ətraflı məlumat əldə edib paylaşmışam və şəxsən özüm İnstagram hesabımdan onlara öz təşəkkürlərimi bildirmişəm.

 

 

 

Musayeva Sahibə Xəlil qızı. Təbii ki bu proqrama qoşulmağa dəyər. Beləki, bu proqrama qoşulmaqla təəssüf hissi deyil də, əksinə sevinc hissi yaşayıram.
İlk öncə Dövlət Komitəsində belə bir imkan yaradıldığını bildirdilər və bu mənim marağıma səbəb oldu. Həm də təbii ki, iş strukturunu, fəaliyyət sahələrini öyrənmək, xaricdə yaşayan soydaşlarımızla necə əlaqə yaradıldığını öyrənmək məqsədimə demək olar ki çatdım.
Dövlət Komitəsinin müxtəlif strukturlarında praktika keçmək təcrübəsi alqışa layiqdir. Bizə xoş rəftar göstərirlər və bizə qarşı yaradılan bu münasibətə görə özümüzü qonaq və ya könüllü kimi deyil də ev sahibi kimi hiss edirik.
Təbii ki, hər kəsə uyğun olaraq bir gün təyin olunub. Bu qısa müddət ərzində məndə qısaca belə bir fikir formalaşıb: xaricdə yaşayan soydaşlarımızla daima əlaqə saxlayırlar, xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlərin keçirilməsinə birbaşa köməklik göstərirlər və bunu xüsusi ilə qeyd etmək istərdim ki, xaricdə yaşayan soydaşlarımızla online əlaqə qurduqda onlara hər zaman belə bir müraciət edirik - hər zaman bilin ki, vətən uzaqda deyil, biz sizinləyik!
Belə bir layihənin həyata keçirilməsində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və bütün kollektivə öz təşəkkürümü bildirir, gələcək işlərində uğurlar arzulayıram.

Mürşüdlü Rəhiməxanım Xanlar qızı. 2018-ci ildə 652 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşam. Hazırda ikinci kursda siyasi idarəetmə fakültəsi politologiya ixtisasında təhsil alıram. Hobbim kitab oxumaq, şeir və məqalələr yazmaqdır.
Başda sadəcə soyuq proqram olacağı gəlmişdi ağlıma. İlk təəssüratlar tam fərqli oldu. Komitə əməkdaşları bizlə çox mehriban və öyrətməyə meyillidirlər. Qatıldığım proqramlar ərzində öyrəndiyim çox şey oldu.
Diaspor adını tarixdən bilirdim. Elə də aktiv qurum kimi görünmürdü. Amma qatılanda nə qədər aktiv fəaliyyətlə məşğul olduqlarına özüm şahid oldum. Məni cəlb edən ölkədəki siyasi proseslər oldu
Diaspor dedikdə ağlıma ilk gələn həmrəylik ifadəsi olur. Ölkə və Azərbaycançılıq adına görülən işlərdən xəbərdar oldum. Könüllülər olaraq xaricdə yaşayan Azərbaycanlılarla ünsiyyətdə daha aktiv olmağa çalışırıq.
Ev sahibi kimiyik. Komitə bizə qayğıkeş yanaşır. Təbii ki bir rejim var, nizamlı olaraq o rejimə uyğun davranırıq. Buna baxmayaraq fikirlərimizdə sərbəstlik verilir.
Başda düşünürdüm ki, xaricə köçüb orada yaşayan soydaşlarımız öz vətənlərinə biganədirlər. Amma onlara ünsiyyət zamanı tam tərsi olduğunu anladım. Birlik, vətən eşqi dünyanın harasında olursa olsun yaşayır.
Ölkədə yaşayan bütün gənclərin Diaspor komitəsinin fəaliyyətindən xəbərdar olması zəruridir. Bunun üçün çalışmaq lazımdır.

Orucova Günel, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix-Coğrafiya fakültəsinin tələbəsi. Dövlət komitəsinin sturukturu ilə taniş olduq. Gənc kadrların burda üstünlük təşkil etdiyini görmək bizim üçün motivasiya mənbəyidir.
Dövlət komitəsində təcrübə imkanı, burdakı iş rejimi ilə taniş olmaq bizim üçün yaxşı fürsət idi. Biz burada şöbədə iş rejimi ilə taniş ola bilirik. Könüllülər həm şöbədə iş üçün, həm komitə tərəfindən təşkil olunan tədbir və layihələrdə fəaldır.
Komitə işçilərinin səmimi münasibətini görmək bizə xoş olur. Könüllülərlə sistemli iş rejimi qurulub. Həm görüşlərdə, həm də tədbirlərdə iştirakımız təmin olunur.
Bu proqramda iştirak etmədən əvvəl Azərbaycan diasporunun fəaliyyəti barədə çoxda məlumatım yox idi. Xaricdə yaşayan soydaşlarımızla video-müzakirələrdən sonra onların necə vətənpərvər olduğunun şahidi olduq. Bizə yaradılan imkanlar üçün kollektivə təşəkkür edirəm.

Mən Aslanova Elvina Tarix qızı 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2002-ci ildə Asəf Xəlilov adına 263 saylı tam orta məkəbə getmişəm. 2013-cü ildə həmin məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra 2013-cü ildə Bakı Biznes və Kooperasiya kollecinin Maliyyə işi ixtisasına qəbul olmuşam. 2015-ci ildə həmin kolleci müvəfəqiyyətlə bitirib subbakalavr diplomu almışam. Kolleci bitirdikdən sonra, həmin il 2015-ci ildə Qafqaz Universiteti (indiki Bakı Mühəndislik Universiteti) Muhasibat uçotu və Audit ixtisasının ingilis bölməsinə daxil olmuşam. BMU-da ingilis dilində tədris 5il olduğu üçün, hal hazırda 5-ci kursda oxuyuram.
Azərbaycan Diaspor Könüllüləri proqramına qoşulmaqla, bir çox maarifləndirici təlimlərdə bilik, yeni dostlar, ailə mühiti qazanmışam. Təbii ki, proqrama qoşulmağa dəyər.
Gələcəkdə dövət qurumunda çalışmaq istədiyim üçün, ilk öncə dövlət qurumunda könüllü kimi fəaliyyət göstərməyim, gələcəkdə mənə böyük bir avantajının olmasını fikirləşdim və çox sevinirəm ki, ilk addım məhz Diaspor Komitəsiylə başladı.
Azərbaycan Diaspor Könüllüləri proqramında, xaricdə yaşayan vətənpərvər soydaşlarımızın olması, onların Azərbaycan üçün xaricdə nələr etmələri, hansı tədbirlərin keçirilməsi və s. kimi fəaliyyətləri, Kanadada Azərbaycan məktəbinin olması, bir çox Azərbaycana dair məlumatlar əldə etdim. Komitədə adətən könüllülər şöbələr üzrə bölünüb, həmin şöbələrdə fəaliyyət göstərirlər. Məsələn mən özüm bir müddət Amerika və Avropa şöbəsində olarkən, Avropada Diaspor təşkilatlarının olması, Kanadakı Azərbaycanlılar haqqında məlumatlar əldə etmışdim. Könüllülər əsasən maarifləndirici olan işlərdə daha çox aktiv olurlar. Çünki bunlar onların marağ dairəsinə uyğun olur.
Əlbəttə ki, Dövlət Komitəsində biz özümüzü sanki evdə olmuş kimi hiss edirik və bu çox gözəl bir duyğudur. Könüllülərlə iş, programa əsasən qurulub. 1gün məcburi təlim günü, digər günlər isə sərbəst gün kimi qeyd edilib.
Çox sevindirici haldır ki, azərbaycanlı soydaşlarımız Azərbaycanı xarici ölkələrdə təbliğ edirlər. Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixini dünyanın hər bir nöqtəsində tanıtdırmağa çalışırlar və unutmağa qoymurlar. Məncə canında Azərbaycan sevgisi olan hərkəs nəinki Azərbaycanda, dünyanın hər bir nöqtəsində Azərbaycanı canla-başla təmsil edər. Bizdə inşallah çalışacağıq Azərbaycanımızı, doğma vətənimizi layiqincə təmsil edək. Bu bizim Vətənə borcumuzdur.

Mən Nəcəfova Fidan 1998-ci ildə Bakı şəhərində doğulmuşam.Orta təhsilimi Bakıda almışam, 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə, 2017-ci ildə SABAH Groups Economics fakültəsinə daxil olmuş və hal hazırda həmin fakültənin 4-cü kurs tələbəsiyəm. Start uplar, biznes layihə və seminarları, dövlət işləri ilə bağlı müxtəlif fəaliyyət sahələri,o cümlədən innovasiya və texnoloji sahələr əsas maraq dairəmi formalaşdırır. 4 il ərzində müxtəlif təcrübə və bilik, dost və həmkarlar qazanmışam. Məqsədim təhsilimi xaricdə davam etdirməkdir ki , hansı ki, bunun üçün təqdiqat yönümlü istiqamət seçmək və Avstraliyada təqaüd qazanmaq istəyir və Yeni Zellandiyanı kəşf etmək istəyirəm. Daha sonra vətənimdə mikro sahibkarlıqdan başlayıb, şəxsi bizneslə məşğul olmaq və həmçinin Biznes mühazirəçi olmaq istəyirəm.
Bundan başqa piano, kitablar (gizli hökumət, dedektiv, siyasət), buz üstündə skate (rolik) əsas hobbilərimdir.
İlk öncə komitə tərəfindən dəvət edildiyim görüşlər üçün minnətdarlıq hisslərimi çatdırmaq istəyir və hamsını dəyərləndirdiyim üçün xoşhalam. Fərdi və kollektiv olaraq bütün strukturların fəaliyyəti ilə tanış olmuşuq. İşlərinin məsuliyyətini,mahiyyətini və bizə qarşı münasibətlərini təqdirə layiq hesab edir və alqışlayıram. Proqrama qatılmağım və iştirakım məndə əlavə dəyər yaratdı. Mən bunu özlüyümdə ayrı bir müvəffəqiyyət hesab edirəm.
Belə bir proqrama qeydiyyat başlananda tam məlumatlı deyildim. Diasporanın fəaliyyəti, strukturu və s. Lakin axtarış və əldə etdiyim məlumatlardan sonra və xüsusilə məndə gələcək fəaliyyətimi xaricdə davam etdirəcəyimə görə vaxt itirmədən qeydiyyatdan keçdim. Məqsədim ayaq basacağım hər yad torpaqda vətənimi, millətimi, mədəniyyətimi və azadlığımı təmsil etməkdir.
Könüllülərlə iş komitənin fəaliyyəti,o cümlədən ayrı-ayrı strukturların fəaliyyət planı və saatına uyğun, həmçinin könüllülərin uyğun vaxtlarına görə müəyyənləşdirilmişdir. Azərbaycan Diasporu yarandığı müddətə nisbətdə daha fasiləsiz, güclü və effektiv nəticəyə malikdir və bu günü-gündən davam edir. Bu müddət ərzində biz çox şey öyrəndik, xaricdə yaşayan həmvətənlərimizlə fikir mübadiləsi apardıq. Onların Diaspora fəaliyyətinə o cümlədən biz könüllülərə qarşı münasibəti, bu istiqamət üzrə fəaliyyətləri alqışa layiqdir. Bizim mədəniyyətimizi, milliyətimizi və dəyərlərimizi xaricdə təmsil etmək, bu məsuliyyətin aliliyini dərk etmək və hiss etmək. Düşünürəm ki, bu təqdirə layiq vəzifə elə bizlərində başlıca məqsədi və vəzifəsidir. Hər şey üçün minnətdaram və təşəkkür edirəm!

Mən Şəbnəm Mirzəyeva 25 yaşım var. Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində magistr təhsili alıram.
Düşünürəm “Diaspor Könüllü”sü olmaq bir ayrıcalıqdır. Fəaliyyət göstərdiyimiz müddət ərzində bizə könüllüdən daha çox bir əməkdaş kimi yanaşan, öz işinin mütəxəssisi olan insanlar şəxsi inkişafımız və qazandığımız biliklərin praktiki cəhətdən daha dərindən mənimsənilməsi istiqamətində daim dəstək olmuşlar.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Mərkəzi İcra Hakimiyyəti orqanıdır və burdakı könüllü fəaliyyətimiz digər dövlət orqanlarından fərqlənir. Komitədə könüllü fəaliyyətin şəxsi inkişafımda və karyeramda böyük rol oynayacağını düşünərək proqrama qatılmağa qərar verdim. “Azərbaycan Diaspor Könüllüləri” proqramına qatılmaqda məqsədim diaspor komitəsində iş rejimi və eyni zamanda diaspor sahəsində görülən işlərlə tanış olmaqdır
Proqrama qatılmazdan əvvəl Komitənin gördüyü işlər barədə heç bir məlumatım yox idi. Azərbaycanın xaricdə yaşayan həmvətənlərimiz tərəfindən yüksək səviyyədə təmsil olunduğunu və eyni zamanda diasporumuzun Vətənimizi, tariximizi tanıtmaq istiqamətində mühüm işlər gördüyünü öyrəndim. Xaricdə yaşayan diaspor üzvləri ilə görüşərək onların gördüyü işlər barədə məlumat alırıq.
Bizə könüllü kimi deyil, sanki öz əməkdaşları kimi yanaşırlar. Komitənin strukturu və gördüyü işlər barədə daha ətraflı informasiya əldə etməyimizə dəstək olurlar.
Azərbaycan diasporu fəaliyyətini uğurla həyata keçirir. Buna misal olaraq Fransanın Nant şəhərində Qarabağ məktəbinin açılması, xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan məktəblərinin fəaliyyətə başlamasını, bir çox ölkələrdə “Nəsimi ili” ilə bağlı silsilə tədbirlərin keçirilməsini göstər bilərik. Xaricdə yaşayan soydaşlarımız, xüsusilə gənclərimiz Vətənimizi layiqincə təmsil edirlər. Bizə hər zaman diaspor işinin könül işi olduğunu söyləyirlər.

Mən Qarayeva Pərvin Elçin qızı, 1998-ci ildə Bakı şəhərində doğulmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Azərbaycan Dövlət İqtisad Universitetindən Türk Dünyası İqtisad Fakultəsinin Beynəlxalq Münasibətlər (Türk dilində) ixtisası üzrə məzun olmuşam. Hazırda həmin ixtisas üzrə magistraturaya hazırlaşıram.
“Azərbaycan Diaspor Könüllüləri” programına qoşulmaqla, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin timsalında dövlət orqanlarının iş prinsipləri, fəaliyyətləri haqqında məlumatlar əldə etdim və ən əsası bu sahədə dolğun təsəvvürlərim formalaşdı, yeni dostlar qazandım. Bu programın iştirakçısı olduğum üçün çox məmnunam. Bu programda iştirak etməklə, mən olduqca əhəmiyyətli təcrübə qazandım. Qazandığım bu təcrübənin mənim gələcək kariyeramda faydalı olacağını düşünürəm.
“Azərbaycan Diaspor Könüllüləri” programına məni komitənin fəaliyyət sferasına olan marağım cəlb etdi. Məqsədim dövlət strukturlarının necə fəaliyyət göstərməsi ilə Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin timsalında yaxından tanış olmaq, praktikada bu barədə dolğun təsəvvürlərə sahib olmaq idi.
Diaspor Könüllüsü olduğumuz müddətdə Komitənin ərazi şöbələri ilə tanış olduq, onların fəaliyyətləri haqqında məlumatlar əldə etdik. Xaricdə yaşayan soydaşlarımızla videogörüntü vasitəsilə danışaraq, onların gördükləri işlər, Azərbaycanın xarici ölkələrdə təbliğ olunması, Qarabağ həqiqətlərinin yaşadıqları ölkələrin vətəndaşlarına geniş və dəqiq şəkildə çatdırılması barədə önəmli biliklər əldə etdik. Bundan əlavə ASAN Xidmət ilə əməkdaşlıq çərçivəsində təlimlərdə də iştirak etdik. Komitə əməkdaşları ilə tanış olaraq, xaricdə keçirilən tədbirlər, açılan Azerbaycan məktəbləri, könüllülük fəaliyyətləri haqqında məlumatlandıq.
Diasporla İş Üzrə Dövlət Komitəsində biz özümüzü tamamilə ev sahibi kimi hiss edirik. Komitəyə ilk dəfə gəldiyimiz andan etibarən bizə bu duyğunu davamlı olaraq, hiss etdirdilər. Ona görə də biz özümüzü hətta komitənin əməkdaşı kimi görürük.
Programın davam etdiyi müddətdə öncədən də qeyd etdiyim kimi, xaricdə yaşayan soydaşlarımızla videogörüntü vasitəsilə söhbət etdik, onların qarşılaşdıqları çətinliklərlə və qazandıqları uğurlarla tanış olduq. Onların Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə göstərdikləri fəaliyyət haqqında geniş məlumatlar əldə etdik. Bu, biz könüllülər üçün çox gözəl və faydalı bir təcrübə oldu.
Qasımova Aytac Elya qızı, Azərbaycan Dövlət Pedaqoji Universiteti Kimya və Biologiya fakültəsi 3-cu kurs Proqrama qoşulduqdan sonra bir cox yeni məlumatlar yeni dostlar qazanmışam. Dövlət komitəsinin strukturlarının fəaliyyəti ilə taniş olmuşam və düşünürəmki yaxşı ki, mən də Azərbaycan Diaspor könüllüsüyəm.
”Azərbaycan Diaspor Könüllüləri”proqramına məni bu Dövlət qurumunun əsas işinin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqə yaradılması, ölkədə və ölkə xaricində yaşayan azərbaycanlıların birgləşərək vətənimizi xarici ölkələrdə tanıtmasıdır. Proqrama qoşulmaqda məqsədim təcrübə qazanmaq və bu sahədə yeni biliklərə yiyələnməkdir.
Bu müddət ərzində Diasporanın xarici ölkələrdə gördüyü işlərlə, orda yaşayan həmvətənlərimizin fəaliyyəti ilə yaxından tanış olmuşam. Könüllülər əsasən xarici ölkələrdə yaşayan həmvətənlərimizlə əlaqə yaradılmasında və komitədə təşkil olunan görüşlərdə daha aktivdirlər. Dövlət komitəsində bizə yanaşma çox gözəldir, komitə əməkdaşlarının Könüllülərə qarşı səmimiyyəti bizə ev sahibi hissini yaşadır.
Könüllülərlə iş əsasən həftənin müəyyən bir günü ərzində icbari, digər günlər isə könüllülər onlara uyğun olaraq seçdikləri günlərdə seçdikləri ərazi şöbəsi üzrə fəaliyyət göstərirlər. Xaricdə yaşayan soydaşlarımız haqqında çox gözəl fikirlər formalaşdı və əgər bir gün məndə ölkə xaricində yaşasam mütləq Azərbaycan diasporasının bir üzvi olmaq istəyərəm.
Cənab Prezidentimiz İlham Əliyevə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və bütün Komitə əməkdaşlarına gənclərə bu cür şərait yaratdıqları üçün öz minnətdarlığımı bildirirəm .

Mən Aytac Ibrahimova, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olaraq, Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram.
İlk dəfə Dövlət Komitəsində təcrübə qazanmaq kimi şansım oldu, bu şansı dəyərləndirdiyim üçün özümü xoşbəxt hiss edirəm. Dövlət Komitəsinin strukturları haqqında ilk gəldiyimdə təsəvvürüm olmasa da, artıq hər birinin fəaliyyəti ilə yaxından tanışam. Hər bir təşkil olunan görüş üçün Komitə rəhbərliyinə, Bəxtiyar müəllimə və kollektivə təşəkkürümü bildirirəm, çünki o görüşlərin hər biri mənim üçün produktiv keçdi və hər birindən gələcək fəaliyyətim üçün nələrsə götürdüm.
Proqramın özü yenilik idi Azərbaycanda, çünki heç bir layihə hələ Dövlət Komitəsində təcrübə qazanmaq üçün şərait yaratmamışdı. “Azərbaycan Diaspor Könüllüləri” proqramına qoşulmaqda məqsədlərim çox idi. Məsələn, Dövlət Komitəsini tanımaq, onun fəaliyyəti ilə yaxından tanış olmaq, xaricdə yaşayan həmvətənlərimizlə rahat şəkildə ünsiyyətdə olmaq, gördükləri işləri görüb, fikir mübadiləsi apara bilmək və s.
Öyrəndiklərimi bəlkə də açıq şəkildə ifadə edə bilməyəcəm, çünki daha çox nəzəri bilik yox, praktiki biliyə yiyələndim. Düşünürəm gördüklərim, öyrəndiklərim gələcək qərarlarımda özünü büruzə verəcək.
Komitənin qapısı hər zaman üzümüzə açıqdı və buna görə dəyərli Komitə kollektivinə dərin minnətdarlığımı bildirirəm. Mən Diaspor Könüllüsü olmadan öncə heç düşünmürdüm ki, soydaşlarımız xaricdə xalqımız adına bu qədər işlər görür və onların gördüyü işlərlə tanış olduqda qürur hissi məni bürüdü. Çox fəxr edirəm ki, Azərbaycanın adını xaricdə yaşadan soydaşlarımız var.Təşəkkür edirəm!

Adım Arzu Bünyad, Hacetepe universitetində Beynalxalq münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsiyəm.
İlkin təəssüratlarım belədir ki, Diasporla İş Üzrə Dövlət Komitəsindəki könüllülük proqramı, mənim fikrimcə, digər könüllülük proqramlarından fərqlidir. Əlbətdə qoşulmağa dəyər. Buranın həm könüllülük profili, həm də işci profili fərqlidir. Bu komitədəki işcilər öz işlərinin peşəkarlarıdır.
Məqsədim Azərbaycan diasporunun xaricdəki fəaliyyətləri ilə daha yaxından tanış olmaqdır.
Deyə bilərəm ki, mən diaspor komitəsində könüllü fəaliyyətində olarkən çox şey öyrənmişəm. Bunlar komandada və dövlət müəssisəsində işləməkdir, ümumiyyətlə mənə çox şey qazandırıb. Könüllülər üzərlərinə düşən hər bir işdə çox aktivdirlər.
Dövlət komitəsində, mənim fikrimcə, könüllülərə qarşı yanaşma olduqca yaxşıdır. Özümüzü heç də qonaq kimi hiss etmirik, dövlət komitəsi bizim üçün ev olub və ilk gündəndə bunu bizə deyiblər. Bura bizim üçün dostluğun olduğu, ailə kimi bir olduğumuz evdir.
Hər şey qrafikə uyğun qurulub. Hər könüllünün iş günü və saatları bəllidir. Bu cür olanda tələbələrin universitet dərslərini planlaşdırmağıda rahat olur.
Könüllü olduğum müddətdə Azərbaycan Diasporu və xaricdə yaşayan soydaşlarımız barədə daha çox məlumat əldə etmişəm. Mən özümdə Türkiyədə təhsil aldiğım üçün diaspor sayılıram, Komitənin köməkliyi ilə oxuduğum ölkədəki həmvətənlərim haqqında daha çox məlumat topladım.
Əlavə olaraq demək istədiyim odur ki, Diaspor komitəsindəki könüllülük mənim üçün böyük qazanc və təcrübə oldu. Bunda əməyi keçən hər bir kəsə təşəkkürlərimi bildirirəm.