İordaniyanın paytaxtı Əmman şəhərində 17 noyabr – Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Əmman şəhərində yaşayan azərbaycanlı icmanın üzvləri bir araya gələrək, xalqımızın milli azadlıq hərəkatı tarixində dərin iz qoymuş bu əlamətdar hadisə, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına aparan yol, ölkəmizin bu günü və gələcəyi, beynəlxalq nüfuzunun artması haqqında danışıblar.
Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə əlaqələri genişləndirmək və inkişaf etdirmək, Azərbaycan diasporunun bütün dünyada böyük gücə çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Soydaşlarımız bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri təqdir etdiklərini bildiriblər.