Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə və Azərbaycana həsr olunmuş kitablar Şotlandiyanın Sent-Endrüs (St.Andrews) Universitetinin Baş kitabxanasına hədiyyə edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən kitab hədiyyəsi universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən kitabxanaya təqdim edilib. İ.Nəsiminin 650 illik yubileyi çərçivəsində gerçəkləşən təşəbbüs artıq bu tədris ocağında çalışan və təhsil alan müəllim-tələbə heyətinə azərbaycanlı şairin həyat və yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Xatırladaq ki, bu ilin iyulunda Sent-Endrüs Universitetində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Həmin tədbir Dövlət Komitəsinin dəstəyi və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri Aslan Şıxəliyevin təşkilatçılığı ilə baş tutub.