Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə müxtəlif aksiyalar təşkil edəcəkdir. Xaricdə yaşayan gənc soydaşlarımızın iştirakı ilə bir sıra ölkələri əhatə edəcək tədbirlər Bakı şəhərində yekunlaşacaq.
Bayraq Günü ilə bağlı Azərbaycan Diaspor Könüllüləri və xaricdə yaşayan azərbaycanlı gənclər dünyanın müxtəlif yerlərindən, Bakı şəhərinin fərqli məkanlarından üçrəngli bayrağımıza bürünərək xalqımızı təbrik edəcəkdir və bütün bu təbriklər sosial şəbəkələrdə geniş ictimaiyyətə təqdim olunacaqdır. Eyni zamanda, aksiya çərçivəsində Azərbaycan Diaspor Könüllüləri sosial şəbəkələrdə müəyyən edilmiş həştəqlərlə Dövlət Bayrağı ilə çəkilmiş fotolarını paylaşaraq, Bayraq gününün daha kütləvi qeyd olunmasına çalışacaqdır.
Tədbirlərin sonunda Azərbaycan Diaspor Könüllüləri Bakı şəhərinin Fəvvarələr meydanında 9 noyabr 2019-cu il tarixində saat 16:00-da xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Azərbaycan Respublikasının Dövlət Bayrağı hədiyyə ediləcək, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar veriləcəkdir.