Bu gün Qoşulmama Hərəkatının dünyanın müxtəlif ölkələrini təmsil edən və hazırda Azərbaycanda olan bir neçə gənc nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Komitə sədrinin birinci müavini Valeh Hacıyev qonaqları salamlayaraq ölkəmiz, dünyadakı Azərbaycan icmaları və dövlətimizin diaspor siyasəti haqqında onlara ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan çoxmillətli, multikultural bir ölkədir.
Gənc liderlərə, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycanın ərazi bütövlüyünun beynəlxalq sənədlərdə təsbit olunması və s. haqqında da ətraflı məlumat verilib.
Qonaqlar Qoşulmama Hərəkatı və onun liderlərinin missiyasından danışıb, bu təşkilatın beynəlxalq hüququn qorunması üçün təsirli bir mexanizmə çevrilmə imkanları barədə fikirlərini səsləndiriblər.
Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.