Avqustun 13-də Xalqlar Dostluğu Evində Rusiya Federasiyasında və Tatarıstan Respublikasında miqrantların sosial uyğunlaşması və inteqrasiyasına həsr olunmuş seminar keçirilib. Seminarda Tatarıstan Respublikasındakı Azərbaycan diasporunun və Xalqlar Dostluğu Evinin, həmçinin Azərbaycanın Tatar diasporunun nümayəndələri iştirak edib.
Seminar çərçivəsində “Yeni Əsr” xeyriyyə təşkilatının Tatarıstan Respublikasının maliyyələşdirdiyi Prezident Qrantları Fondunun hesabına əmək miqrantlarının sosial uyğunlaşması və inteqrasiyasına kompleks yanaşma modeli təqdim edilib.
Bu model bir neçə komponentdən ibarətdir:
- “M-Help” mobil proqramı, hansı ki, hüquqşünas və həkimdən pulsuz onlayn məsləhətləşmələr almaq;
- miqrantlara Yardım Mərkəzində pulsuz tibbi və hüquqi xidmətlər göstərmək
- miqrantların iş üçün icazə qeydiyyatının əldə edilməsi;
- asudə vaxtlarda orientasiya kurslarını təşkil etmək;
- ictimai himayə - miqrantların iş yerləri və istirahət yerləri üçün xüsusi təchiz olunmuş mikroavtobusla həkim briqadası, hüquqşünas və sosial işçiləri gətirmək.
Seminarın sonunda Tatarıstan Respublikasının "Azərbaycan" milli mədəni muxtariyyətinin rəhbəri Bəşir Bəşirov və “Yeni Əsr” Muxtar Xeyriyyə Qeyri-kommersiya təşkilatının baş direktoru Liliya Tayişeva əməkdaşlıq haqqında müqavilə imzaladılar. Belə ki, müqavilə çərçivəsində Rusiyaya gələn və Tatarıstan Respublikasının ərazisində yaşayan Azərbaycan vətəndaşlarına birgə yardım proqramlarının təşkili məqsədilə qarşılıqlı fəaliyyət həyata keçiriləcək.
Bakıda «SALAM TATARSTAN” beynəlxalq layihəsinin reallaşdırılması çərçivəsində bir sıra yerlərdə Rusiya Federasiyasında və Tatarıstan Respublikasında miqrantların sosial uyğunlaşması və inteqrasiyasına həsr olunmuş təqdimatların keçirilməsi də planlaşdırılır.