İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Səfir səmimi qəbula görə təşəkkür edib və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb.
Azərbaycan dövlətinin diaspor siyasəti haqqında danışan Komitə sədri İtaliyadakı Azərbaycan diaspor təşkilatlarının, eləcə də ayrı-ayrı şəxslərin, orada təhsil alan azərbaycanlıların fəaliyyəti haqqında məlumat verib, onların təşkilatlanması və koordinasiyalı işləmələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə bir neçə xarici ölkədə açılan həftəsonu Azərbaycan dili məktəbləri barədə danışılıb, müxtəlif platformalar, o cümlədən media üzərindən layihələrin reallaşması və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.