"Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı- alim Seymur Nəsirov Misirdə Malayziya dövlətinin səfiri cənab Muhəm¬məd Həniflə görüşüb. Görüşdə dostluq əlaqələrindən söhbət açan S.Nəsirov Misirdə yaşayan Malayziya diasporu ilə müştərək tədbirlər keçirərək ölkələrimizi layiqincə təmsil etməyə hazır olduğunu qeyd edib. Malayziya səfiri ölkələrimiz arasında dostluq münasibətindən söhbət açaraq, hər zaman Azərbaycanın Misirdəki diasporu ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Səfir diaspor sədrinə Misirdə təhsil alan malayziyalı tələbələrə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. S.Nəsirov bu fəaliyyətinə görə səfirliyin mükafatı ilə təltif edilib. Daha sonra Misirdə Seymur Nəsirovun rəhbərliyi altında təhsil alan bir qrup tələbənin ərəb hüsnü xətti ilə yazdıqları lövhələrin sərgisinə də baxış keçirilib. Səfir sərgidə nümayiş etdirilən sənət əsərlərini yüksək qiymətləndirib.
Qeyd edək ki, S.Nəsirov hal-hazırda 58 ölkədən Misirdə təhsil alan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, əslən azərbaycanlı olan 250-dən çox alim haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisistik məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. O, həmçinin Qahirə Universitetində Azərbaycan dilini tədris edir, onun rəhbərliyi ilə təhsil alan malayziyalı tələbələr də az deyil.