İvan Franko adına Lvov Milli Universitetinin elmi kitabxanasında və “Frankın evi” Lvov memorial müzeyində "Balkan ədəbiyyatlarında qarşılıqlı anlaşma körpüləri" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimlərində "Balkan ədəbiyyatlarında qarşılıqlı anlaşma körpüləri" kitabı Ukrayna və Azərbaycan alimlərinin birgə əməkdaşlığının bəhrəsi kimi dəyərləndirilib. Kitabın müəllifləri – İ.Franko adına Lvov muzeyinin böyük elmi işçisi, filologoya elmləri namizədi Solomiya Vivçar və azərbaycanlı tarixçi, publisist, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev nəşr haqqında ətraflı məlumat veriblər. Onlar kitab üzərində iş prosesinin xüsusiyyətlərindən söz açaraq, onları bu əməkdaşlığa ruhlandıran əsas ideyadan danışıblar.
Müəlliflərin tədqiqat obyektləri İvo Andriç, Meşa Selimoviç, Momo Kapor, Milorad Paviç, Milenko Yerqoviç, Cavad Qarahəsən kimi yazıçılar olublar. "Balkan ədəbiyyatlarında qarşılıqlı anlaşma körpüləri" kitabının müəllifləri hesab edirlər ki, bu görkəmli söz ustadlarını milliyyətindən və dinindən asılı olmayaraq insanların necə bir-birinə bənzədiklərini nümayiş etdirmək istəyi birləşdirir.
Tədbirlər müəlliflərin oxucuların suallarını cavablandırması ilə yekunlaşıb.