İspaniyanın Kastiliya La Mança (Castilla La Mancha) bölgəsinin Tomelloso şəhərində Azərbaycan-İspaniya biznes forumu keçirilib. Tədbir Evsen Şirkətlər Qrupu və "İspaniyada Azərbaycanlıların Cəmiyyəti"nin təşkilatçılığı ilə baş tutub.
Forumdan öncə Tomelloso şəhərinin meri Jimenez İnmaculada qonaqları qəbul edib. O, forumun hər iki ölkənin biznes mühitinin inkişafına dəstək olacağına əminliyini ifadə edib.
Kastiliya La Mança bölgəsinin 70-dən çox şirkət rəhbərinin qatıldığı forum Azərbaycan haqqında qısametrajlı filmin nümayiş olunması ilə başlayıb. Evsen Şirkətlər Qrupunun prezidenti Əli Evsen, "İspaniyada Azərbaycanlıların Cəmiy-yəti"nin sədri Şahin Xəlilov çıxış edərək, ölkəmizin dinamik inkişafı, iqtisadi imkanları və biznes mühiti haqqında geniş məlumat veriblər. Azərbaycanda səfər-də olan ispaniyalı sahibkarlar ölkəmizlə bağlı təəssüratlarını bölüşüblər.
Forum zamanı azərbaycanlı sahibkarlarla, o cümlədən AZPROMO-nun nüma¬yən¬dəsi ilə canlı bağlantılar da yaradılıb.