Özbəkistanda yaşayan gənc soydaşımız Əmrah Hüseynov bu ölkənin Bekabad şəhərində keçirilən yunan-roma və sərbəst güləş üzrə beynəlxalq turnirin qalibi olub.
42 kg çəki dərəcəsində çıxış edən gənc pəhləvan sərbəst güləş üzrə çempion titulunu qazanıb. Hazırda Əmrah Hüseynov orta məktəbin 7-ci sinfində təhsil alır.
Qeyd edək ki, gənc çempion idmançı ailəsində böyüyüb. Onun atası Mehdi Hüseynov vaxtilə Daşkənd şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən güləş bölməsinin məşqçisi olub.