Qazaxıstanda fəaliyyət göstərən “Xəzər” Azərbaycan Etnomədəni Mərkəzi bu ölkədə keçirilən “Qazaxıstan – böyük düzənlik diyarı” respublika sərgisində iştirak edib. “Etnoaul” milli-mədəni kompleksində baş tutan sərgidə 10 ölkə təmsil olunub.
Azərbaycan guşəsində folklor musiqimiz, məxbəximiz, qədim geyimlərimiz və silahlarımız, eləcə də atlarımız nümayiş etdirilib. Qonaqlara döyüş səhnələri, saz havaları, rəqslər və çaparlarımızın məharətli çıxışları təqdim olunub.
Qeyd edək ki, Qazaxıstanda ənənəvi olaraq keçirilən bu sərginin əsas qəhrəmanları, adətən, sənətkarlar olurlar. Onlar sərgidə təkcə mənsub olduqları xalqlara məxsus milli-mədəni nümunələri deyil, həmçinin öz bacarıqlarını da əyani şəkildə qonaqlara nümayiş etdirirlər.