Qazaxıstandakı “Xəzər” Azərbaycan Etnomədəni Mərkəzi (AEM) “Vətəndaş cəmiyyətinin modernizasiyasında meditasiyanın rolu” mövzusunda keçirilmiş respublika elmi-praktik konfransında iştirak edib.
Tədbirə meditasiya məsələləri üzrə ixtisaslaşan alimlər, şəhər məhkəməsinin nümayəndələri, peşəkar mediatorlar, Qazaxıstan Xalqları Assambleyasının (QXA) etnomədəni birliklərinin və elmi-ekspert qrupunun üzvləri qatılıblar.
Konfransın gedişində “Xəzər” AEM-in meditasiyanın inkişafı istiqamətində gördüyü işlərdən də bəhs edilib. QXA mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək, onun üzvlərini təşəkkürnamə ilə təltif edib.
Qeyd edək ki, “Xəzər” AEM bu ölkədə Qurban bayramı münasibətilə keçirilən şənliklərdə də fəal iştirak edib. Nur-Sultan şəhərindəki Dostluq Evində QXA-nın etnomədəni mərkəzlərinin təşkil etdikləri bayram süfrəsində qonaqlara digər xalqların təamları ilə yanaşı, Azərbaycanın Şah plovu da təqdim edilib.