AAK və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları Ermənistanın qanunsuz olaraq avqustun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın həmin tədbirin açılışında bəyanat verərək “Qarabağ – Ermənistandır” söyləməsini şiddətli şəkildə pisləyiblər. Onlar bəyan ediblər ki, Ermənistan tərəfi bu cür təcavüzkar bəyanatların səsləndirilməsinə son qoymalıdır. Azərbaycan təşkilatları Ermənistan rəhbərliyindən BMT-nin 4 qətnaməsini, digər beynəlxalq təşkilatların qərarlarını danışıqsız və qeyri-şərtsiz yerinı yetirilməsini tələb edir.
Bəyanat BMT-nin baş katibinə, BMT-ninTəhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqına, Avropa Şurasına və ATƏT-ə göndərilib.