Avqustun 1-də Ukraynanın Daxili İşlər Nazirliyində soydaşlarımızın miqrasiya məsələlərinə dair işçi görüş keçirilib.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin başçısı Maksim Sokolyuk, daxili işlər nazirinin müavini Tatyana Kovalçuk, Kiyev şəhər Baş Milli Polis İdarəsinin rəisi German Pristupa, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlər Assambleyasının başçısı, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Rövşən Tağıyev iştirak ediblər.
Danışıqlar zamanı Azərbaycan vətəndaşları ilə bağlı miqrasiya siyasətinin aktual məsələləri müzakirə olunub.