Nyu-Yorkun məşhur Müasir İncəsənət Muzeyində (“MoMA”) “Ansoniya” kvarteti Bəstəkarlar İttifaqının rəhbəri, Azərbaycanın Xalq artisti Firəngiz Əlizadənin “Oazis” əsərini ifa edib.
Çıxış “Summergarden” Musiqi Festivalı çərçivəsində baş tutub.
Festival haqqında Nyu-York mətbuatında dərc olunan məqalədə qeyd edilir ki, “Firəngiz Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar, “Berliner Philharmoniker” və “Royal Concertgebouw Orkestr” kimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında öz əksini tapıb.