Rusiyadakı diaspor təşkilatlarımızın və soydaşlarımızın Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsiz davranış sərgiləyən “Meqafon” telekommunikasiya şirkətinə sərt təpkisi və etirazı öz nəticəsini verib.
Dünən “Meqafon” şirkətinin saytından Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsi barədə təxribat xarakterli informasiya çıxarılıb.
Şirkətin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçuk jurnalistlərə açıqlamasında bu hadisəyə görə üzr istəyib: “Dağlıq Qarabağ – Azərbaycan ərazisidir. Bununla bağlı yanlışlığa yol vermişik, amma səhv artıq aradan qaldırılıb. Şirkətin adından səmimi şəkildə sizdən üzr istəyirik”.
Xatırladaq ki, “Meqafon” öz saytında Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərərək, separatçılar üçün ayrıca kommunikasiya tariflərinin tətbiq olunmasına dair məlumat yaymışdı.