Rusiyanın Stavropol diyarına səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Pyatiqorskdakı Kirov adına sanatoriyaya baş çəkib.
Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və eksperti Teymur Atayev Ümummilli lider Heydər Əliyevin buradakı xatirə lövhəsini ziyarət ediblər. Onlar lövhənin önünə gül dəstələri düzərək, görkəmli dövlət və siyasi xadimin xatirəsini yad ediblər.
Xatırladaq ki, sanatoriyada H.Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi 2014-cü ildə keçirilmişdi. Lövhədə Heydər Əliyevin portreti təsvir olunub, onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini (1982-1987) və Azərbaycan Prezidenti (1993-2003) vəzifələrində çalışdığı qeyd olunub.
H.Əliyev Moskvada yüksək vəzifə tutarkən bu sanatoriyada istirahət edib. Onun qaldığı 515 saylı iki otaqlı nömrədəki əşyalar həmin dönəmdə olduğu kimi qorunub saxlanılıb.