İyunun 28-də Niderland Krallığının Haaqa şəhərində "Kültürlər taniş olur” adlı tədbir keçirilib.
Tədbir Holland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılıgı ilə baş tutub. Dərnəyin sözçüsü Aydəmir Çətin bildirib ki, tədbirin əsas məqsədi müxtəlif din, dil və mədəniyyətə malik olan insanları bir araya gətirmək, onları bir-biri ilə daha yaxından tanış etmək, toplum halında və əmin-amanlıq səraitində yanaşı yaşamalarına kömək etməkdir.
Tədbirdə holland, Azərbaycan, türk, bolqar, hind və digər xalqlarin musiqisi və rəqsləri təqdim olunub. Zəngin konsert proqramından vəcdə gələn qonaqlar təşkilatçılara və Haaqa şəhər bələdiyyəsinə səmimi atmosfer və qarşılıqlı anlaşma şəraitində baş tutan görüş üçün təşəkkür edərək, belə tədbirlərin tez-tez keçirilməsinin çox vacib olduğunu vurğulayıblar.
Dərnəyin başqanı İlhan Aşkın gələcək fəaliyyətlərində bunu nəzərə alacaqlarını bildirib.