Londonda “Karyerada yüksəlişi necə əldə etməli və özünü gələcəyin işinə necə hazırlamalı?” mövzusunda tədbir keçirilib.
Azərbaycan qadınlarının karyerada uğurlar qazanmasına həsr edilmiş tədbiri Birləşmiş Krallığın Azərbaycan Qadınları Assosiasiyası (AWAUK) təşkil edib. Tədbirdə çıxış edən ekspert İradə Ağamaliyeva rəhbər vəzifəyə yüksəlmək üçün qadınlara tələb olunan bacarıq, iş əxlaqı və kreativlik barədə danışıb.
O, müxtəlif ölkələrdə fərqli din və irqə mənsub olan insanlarla işləməklə bağlı təcrübəsini bölüşub: "Mən müxtəlif ölkələrdə işləsəm də, bir qadın kimi ən böyük hörməti Yaxın Şərqdə işləyəndə hiss etmişəm".
Ekspert qeyd edib ki, Londonda işləyərkən özünü daha sərbəst hiss edib: “İşimin istənilən mərhələsində özümü mikro idarəçilikdən azad hiss edirdim. Hiss edirdim ki, lazım olanda özüm qərar verə bilərəm və ya bunu mənim yerimə rəhbərlik edəcək."
Tədbir fikir mübadiləsi ilə yekunlaşıb.