Kanadanın Toronto şəhərində yaşayan soydaşımız Şölə Axundovanın "Şölənin ənənəvi mətbəxi" adlı kulinariya kitabı nəşr olunub.
Kitaba Azərbaycan və dünya mətbəxinin 101 təamının hazırlanma qaydası daxil edilib. Məqsəd – Vətənimizin zəngin mətbəxinin tanıdılması və ənənələrimizin uzaq Kanadada təbliğ olunmasıdır.
Ş.Axundova hesab edir ki, zəngin mədəniyyəti, gözəl təbiəti, mehriban, səmimi insanları, dadlı və ləzzətli mətbəxi olan bir ölkənin övladı olmaq böyük xoşbəxtlikdir: “Əlimizdən gəldiyi gədər ölkəmizi dünyaya tanıtmaq borcumuzdur. Xaricilərin tanıdıqları və gündəlik həyatda hazırladıqları xörəklərin reseptlərini Azərbaycan mətbəxilə yanaşı verməklə, multikultural kulinariya kitabı yaratdım. Xarici dostlarımla birlikdə milli təamlarımızı hazırlamaq imkanı əldə etdik”.
Qeyd edək ki, kitab Kanadadakı bir neçə kitabxananın Azərbaycan bölməsinə hədiyyə edilib.