Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Könüllük Sxemi-BMT-nin Könüllülər proqramının təqdimatı keçirilib. Təqdimatda BMT-nin Azərbaycan nümayəndəliyinin və ölkəmizin 19 dövlət qurumunun təmsilçiləri iştirak edib.
Qeyd edək ki, BMT-nin Könüllülər proqramı minlərlə insanı əhatə edir və hər il 6500-dən çox BMT könüllüsü dünyanın müxtəlif yerlərində, ən çətin şəraitlərdə fəaliyyət göstərir. BMT-nin 12000 könüllüsü BMT onlayn könüllük xidməti vasitəsilə 20000-dən çox tapşırığı yerinə yetirir.
BMT Könüllülər layihəsinin üzvləri arasında xaricdə yaşayan azərbaycanlılar da var.
Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən Könüllülər proqramının təqdimatında BMT-nin Könüllülər proqramı ilə əməkdaşlıq yolları və imkanları müzakirə olunub. Proqramın layihə rəhbəri Kiyoun Kim və Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Vüqar Məmmədov proqram haqqında ətraflı məlumat verib və əməkdaşlıq imkanlarından danişiblar.
Bu layihədən faydalanmaq istəyən hər bir dövlər qurumuna tövsiyyə olunub ki, azərbaycanlı könüllülərlə əməkdaşlıq edə, BMT-nin Könüllülük layihəsində azərbaycanlılara dəstək ola bilərlər.
Təqdimat mərasimi suallar və geniş müzakirə ilə davam edib.