Skandinaviya Azərbaycanlılarının Finlandiyadakı Koordinasiya Şurasının sədri Ülviyyə Cabbarova bu ölkənin Azərbaycandakı səfiri Arya Makkonenlə görüşüb.
Helsinkidə baş tutan görüş zamanı soydaşlarımızın Finlandiyadakı fəaliyyəti, qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, azərbaycanlıların viza məsələsinin sadələşdirilməsi, turizm, təhsil kimi məsələlər müzakirə edilib. Bundan başqa, Azərbaycanın Avropaya inteqrasiyası, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi məsələlərdə Finlandiyanın tutduğu mövqeyə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Arya Makkonen Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı fövqəladə və səlahiyyətli səfiridir.