İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən Azərbaycan Mədəniyyət Mərkəzində 15 iyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən natiqlər 1993-cü ildə baş verən hadisələri xatırladaraq, xalqın tələbi ilə hakimiyyətə gələn H.Əliyevin parlaq siyasətçi və təcrübəli dövlət başçısı kimi ölkəni xaosdan qurtardığını, müstəqilliyimizin dönməzliyini təmin etdiyini vurğulayıblar.
Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Müstəqil Vətənin Memarı" sənədli filmi nümayiş etdirilib. Filmin rejissoru – Əməkdar incəsənət xadimi İftixar Pirievdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Mixail Salmanın Heydər Əliyevə həsr olunmuş “Azərbaycana vurğun” adlı kitabından "Və budur, Naxçıvan", "Lider" adlı şeirləri təqdim edilib.