Almatının “Qazaxıstan” otelində Azərbaycanın “Dədə Qorqud” Beynəlxalq Milli Fondunun mükafatlandırma mərasimi keçirilib.
“Nur Oyl Treyd” MMC-nin baş direktoru Mehdi Məmmədovun maliyyə dəstəyilə baş tutan mərasimdə ölkənin tanınmış elm, mədəniyyət və ictimai xadimləri, Qazaxıstanda yaşayan soydaşlarımız, türk xalqlarının diaspor rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov bildirib ki, təşkilatın ən yüksək mükafatı olan “Vətən övladı” ordenilə politoloq, yazıçı, filosof Heydər Camal (ölümündəın sonra), tanınmış xeyriyyəçi, Qazaxıstana sürgün olunmuş azərbaycanlıların xatirəsinə həsr olunmuş kitabın ərsəyə gəlməsində böyük rol oynayan Mehdi Məmmədov, Qazaxıstanın Konstitusiya üzrə Ekspertlər Şurasının, Qazaxistan Xalqları Assambleyasının Ali Müşahidə Şurasının üzvü, hüquq elmləri doktoru Akif Süleymanov təltif olunublar.
Fondun “Ədalət qılıncı” və Mehriban ana” ordenləri Almatı vilayətindəki azərbaycanlıların etno-mədəni ictimai birliyinin təsisçisi Ceyran Məmmədovaya, pedaqoji elmlər doktoru, Şımkənd şəhərindəki Azərbaycan diasporunun rəhbəri Arzu Qurbanovaya, DİN-nin ehtiyatda olan polkovniki Qədir Əliyeva təqdim olunub.
Türk dünyasılnın birliyi və çiçəklənməsinə əhəmiyyətli töhfələr verdiklərinə görə Zaman İmamdinov, Kidirbay Amanjolov, Kenjina Nasixa, Aliya Absemetova və digərləri də yüksək mükafatlara layiq görülüblər.