2020-ci il iyulun 5-dən 11-dək Azərbaycanda yeniyetmələr arasında futbol üzrə Dünya Çempionatı keçiriləcək. Altı gün davam edəcək yarışda 20 ölkənin 200-dən artıq komandası, 4000 nəfərədək idmançısı iştirak edəcək.
Yarışın tərəfdaşı olan Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiasiyası (ACAE) hesab edir ki, Dünya Çempionatını təşkil etmək ölkəmizdə turizmin inkişafı üçün atılan əməli addımlardan biridir. Təşkilatı bu işə sövq edən və ruhlandılran dövlətimizin diaspor sahəsində apardığı uğurlu siyasət, soydaşlarımızın birliyi və həmrəyliyi naminə bir çox ölkələrdə, o cümlədən İspaniyada Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması, Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həmvətənlərimizə göstərdiyi dəstək olub.
Qeyd edək ki, ACAE bu layihəni Azərbaycan Turizm Agentliyinin dəstəyilə həyata keçirir.