Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində görkəmli ədib və dövlət xadimi Nəriman Nərimanovun xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib.
Yarışda Marneuli, Qardabani, Bolnisi və Tbilisi şəhərlərinin 9-11-ci sinif şagirdlərinin təmsil olunduğu 9 komanda iştirak edib. 1-ci yeri “Günəş” komandası, 2-ci yeri “Teen Wolves”, 3-cü yeri isə “Zəka” komandası tutub. Komandalar sertifikat və kubokla mükafatlandırılıb. “Günəş” komandasının üzvləri I yerin sahibi kimi İnteqrasiya Mərkəzinin sentyabrda təşkil edəcəyi kurslarda müsabiqədənkənar iştirak etmək hüququ qazanıblar.
Mərkəzin direktoru Aygül İsayeva qeyd edib ki, ilk dəfə keçirilən intellektual yarışda məğlub yoxdur: "Çünki yarışa qatılan komandalar öz biliklərini nümayiş etdirməklə yanaşı, həm də yeni məlumatlar əldə etmiş olurlar”.