Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 8-14 iyul 2019-cu il tarixlərində Şamaxı şəhərində keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları seçilib.
Qeyd edək ki, artıq ənənəvi hal almış düşərgədə iştirak üçün 51 ölkədən 100-lərlə gənc müraciət edib. Müraciət edənlər içərisindən 110 nəfər gənc düşərgədə iştirak hüququ qazanıb.
2019-cu ilin ölkəmizdə “Nəsimi ili” olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.
Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak xərcləri – viza, yol, yaşayış, qida-lanma, daxili nəqliyyat və səyahət sığortası üçün bütün xərclər tam şəkildə qarşılanacaq.