Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunan Diaspor Gənclərinin 1 Yay Düşərgəsinin növbəti qonaqları idmançılar olub.
Görüşdə sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov, yunan-roma güləşçisi, “Şöhrət” ordenli Rəsul Cunayev və sərbəst güləş üzrə dünya çempionu Haci Əliyev iştirak edib. Qonaqlar Azərbaycanda idmanın inkişafı, bu istiqamətdə dövlətin dəstəyi, ölkəmizdə keçirilən beynəlxalq yarışların əhəmiyyəti barədə danışıb, Azərbaycanın dünyaya tanıdılmasında idmanın və idmançıların rolundan söhbət açıblar. İdmançılar dünyanın dörd bir yanında yaşayan gənc soydaşlarımızı bir arada görməkdən məmnun olduqlarını bildiriblər. Maraqlı müzakirələrlə davam edən görüşün sonunda xatirə şəkilləri çəkilib.