Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Mərkəzin rəhbəri Firdovsi Hüseynov, diaspor üzvü İsmayıl Məmmədov Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti bəradə ətraflı məlumat verərək, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın inkişaf mərhələsinə qədəm qoyduğuna, ölkədə vətəndaş müharibəsinin qarşısının aldındığına, uğurlu neft strategiyasının həyata keçirildiyinə, suveren Azərbaycanın dinamik inkişafının əsasının qoyulduğuna diqqəti cəlb ediblər.
Daha sonra “İstiqlal” sənədli filmi və konsert proqramı nümayiş etdirilib.