Ukraynada yaşayan bir qrup alim soydaşımızın həyatında əlamətdar hadisə baş verib. Siyasi elmlər üzrə fəlsəfə doktoru Tələt Əliyev, hüquq elmləru doktoru Arif Quliyev, tarix elmləri doktoru Fərhad Turanlı və hüquq elmləri doktoru Hikmət Cavadov “Ukrayna Alimlərinə Xalqın Hörməti və Şərəfi” medalı ilə təltif olunublar. Həmvətənlərimiz bu medala Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının 100 illiyi münasibətilə layiq görülüblər.
Qeyd edək ki, H.Cavadov həm də Ukrayna Azərbaycanlıları Radasının həmsədridir.
Xatırladaq ki, UMEA 1918-ci il noyabrın 27-də təsis olunub. Onun ilk prezidenti tanınmış alim Vladimir Vernadski olub. UMEA-nın hazırkı strukturuna 174 institut daxildir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi soydaşlarımızı bu münasibətlə təbrik edir, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzu edir!