İyunun 2-də Nyu Yorkun mərkəzindəki “Master Theater”-da “İpək Yolu” festivalı keçirilib.
Festivalda Azərbaycan, Çin, Gürcüstan, Hindistan, Monqolustan, İsrail, Türkiyə və digər ölkələrin musiqiçiləri və rəqqasları iştirak ediblər.
Soydaşlarımızın çıxışlarını izləmək və dəstəkləmək məqsədilə Meyn ştatındakı azərbaycanlı icmasının, Azərbaycan – Nyu York Assosiasiyasının üzvləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə tədbirə qatılıblar.
Festivalda ölkəmizi Samir Quliyev (Nyu York) “Azərbaycan”, Orxan Ağayev (Nyu York) “Sənə də qalmaz”, Emin Eminzadə (Bakı) “Treassure me” və “Синяя вечность” mahnıları, “Mənim Yolum” rəqs qrupu (Nyu York) “Mənim Azərbaycanım”, Tahir Eynullayev (Bakı) “Məzəli rəqs” və Səbinə Nəcəfova (Portland) “Uzundərə” rəqslərilə təmsil ediblər.
Nyu York şəhərinin meri Bill De Blazio (Bill De Blasio) bu festivalda yüksək səviyyədə iştirak etdikləri üçün “Mənim Yolum” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkür məktubu göndərib.