Yay Düşərgəsinnin proqramında bir istiqaməti də tarixi abidələrlə tanışlıq təşkil edir. Bu məqsədlə, düşərgə iştirakçılarının Şəki şəhəri ilə yanaşı, ətraf rayonlara da gəzintiləri təşkil edilib. Gənclər qonşu Qəbələ rayonunun tarixi-görməli yerlərinə səyahətdən olduqca məmnun qalıblar. Onlar udinlərin yaşadığı Nic kəndini gəzib, orada yerləşən mədəni-tarixi abidələri, o cümlədən Müqəddəs Yelisey adına Cotari Kilsəsini ziyarət ediblər. Abidələr haqqında gənclərə ətraflı məlumat verilib.
Xatırladaq ki, Nic şəhər tipli qəsəbədir. Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskənidir. Hazırda Nic qəsəbəsində Udin Mədəniyyət mərkəzi fəaliyyət göstərir, burada Alban kilsəsi və digər tarixi abidələr mövcuddur.