Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himni ilə açılıb. Sonra şagirdlər doğma dilimizdə müxtəlif şerlər söyləyib, mahnılar ifa ediblər və rəqslər nümayiş etdiriblər. Təşkil olunan hədiyyəli oyunlar balacalarda böyük maraq doğurub.
Valideynlər məktəbdə bu cür tədbirin keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, azərbaycanlıların kompakt yaşadığı Nant şəhərindəki "Qarabağ" məktəbi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Şagirdlərə doğma dilimizlə yanaşı, ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti tədris edilir.