Mayın 30-da Bruklində Azərbaycan Demokratik Respublikasının 101-ci ildönümü münasibətilə caz konserti keçirilib.
Konsert Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun təşkilatı dəstəyilə baş tutub. Tədbirdə Bruklin inzibati rayonunun rəhbəri Erik Adams (Eric Adams), Azərbaycan, türk, yəhudi icmalarının nümayəndələri iştirak ediblər.
Müsiqi tədbirində Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu, bəstəkar Emil Əfrasiyab, Leyla Əfrasiyab-Babayeva, Vika Ross, Zaur Mirzəyev çıxış ediblər. Azərbaycan xalq və bəstəkar mahnılarının virtuoz ifası tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısı olan Emil Əfrasiyab indiyə qədər Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və digər ölkələrdə Azərbaycan müsiqisini layiqincə təmsil edıb.