Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Diaspor Gənclərinin I Yay Düşərgəsində “Vətəni tani” adlı yarışma maraqlı bir mərhələ kimi yadda qalıb. Yarışmada iştirakçılar xırda hissələrdən (bulmacalardan) Azərbaycanın xəritəsini yıgaraq vətənimizin ərazisini yaxından tanımaq imkanı qazanıblar. Xəritəni daha tez tamamlayaraq ilk yerləri qazanan Gülşən Xıdırova, Nərgiz Səfərəliyeva, Ziya Süleymanlıya Azərbaycan xəritəsi və digər hədiyyələr verildi. Maraqla keçən yarışmada fəal iştirakçılara da hədiyyələr təqdim olundu.