Kanadanın Ontario vilayətinin Toronto şəhərində Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi keçirilib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr edilib.
Şəhərin mərkəzində yerləşən "Toronto City Hall"un qarşısındakı meydanda baş tutan tədbirdə Kanadanın yerli hökumət təmsilçiləri, Azərbaycan, türk və digər diasporların nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsilə başlanıb. Tədbirdə çıxış edən Vaterloo Universitetinin riyaziyyat və biznes proqramları direktoru professor İlham Axundov ölkəmizin tarixi keçmişindən və çağdaş dövründən ətraflı məlumat verib.
Mərasim Azərbaycan musiqisi və milli rəqslərimizlə davam etdirilib.