Almaniyanın Vaysvasser şəhərində Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.
Yarış Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsi WBCA (World Boxing Committee Aliyev), “AKK Promotion” və "Peter Pelk Boks Promotion"un təşkilatçılığı ilə baş tutub.
1200-ə yaxın tamaşaçının iştirak etdiyi yarış Almanniya və Azərbaycanın dövlət himnlərilə başlanıb. Həmyerlimiz Roman Zakirov ukraynalı boksçu Taras Golovaşenkoya qarşı WBCA-IBO beynəlxalq kəməri uğrunda mübarizə aparıb və rəqibi üzərində vaxtından əvvəl qələbə qazanaraq, 69 kq çəkidə beynəlxalq kəmərə sahib olmuşdur. Almaniyalı boksçu Tino Froehliş 91 kq çəki, Dominik Kosel isə 76 kq çəkidə öz rəqibləri üzərində qələbə qazanaraq, WBCA-UBO kəmərlərinin çempionu olublar.
Qeyd edək ki, bu yarış Almaniyada 2007-ci ildən etibarən kecirilir.