ABŞ-ın İllinoys ştatından olan senatoru Ladda Temmi Dakuort (Ladda Tammy Duckworth) Azərbaycanın Respublika Günü münasibətilə Amerikanın Orta-Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə (ACMA) təbrik məktubu göndərib.
Məktubda deyilir: "Azərbaycanın Respublika Gününün tanınmasına qoşulmaq mənim üçün böyük məmnunluqdur. Mən bu bayramın qeyd olunması və bayrağın ucaldılması münasibətilə sizə minnətdarlığımı bildirmək istərdim.
2015-ci ildən bəri Çikaqo icmasının bir üzvü olaraq ACMA öz ölkəsinin mədəniyyətinin, zəngin irsinin və adət-ənənələrinin təmin olunması istiqamətində işlər görür. ACMA-nın təhsilin və Azərbaycan mədəniyyətinin təbliği istiqamətində göstərdiyi səyləri alqışlayıram. Sizin icmaya olan töhfələriniz bu xidmətə özünüzü həsr etməyinizin nəticəsidir. Bu gün biz Azərbaycan Demokratik Respublikasının yaradılmasını qeyd etmək və onun qurucularını anmaq üçün sizə qatılırıq.
ACMA-nın gələcək fəaliyyətində uğurlar arzu edirəm!".