İyunun 1-də Birləşmiş Ştatların Nyu York şəhərində 28 May – Respublika Gününə həsr olunmuş konsert keçiriləcək.
“Odlar Yurdu” (“Land of Fire”) adı altında keçirilən tədbir Nyu Yorkdakı Milli Musiqi və Qlobal Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
Proqrama bəstəkarlar Cövdət Hacıyev, Tofiq Quliyev, Əzizə Mustafazadə, Pyotr Çaykovski, Sergey Raxmaninov, Aleksandr Skryabin və Ernesto Lecuonanın əsərləri daxildir. Bundan başqa, Aleksandr Peskanovun "Azərbaycan Rhapsody" tamaşasının ilk təqdimatı keçiriləcək, xalq yaradıcılığı nümunələri – folklor və milli rəqslər nümayiş etdiriləcək.