Almaniyada yaşayan iş adamı, ATDİD başqanı Hasan Babur Bakıda şəhid ailələrinə iftar süfrəsi təşkil edib. Tədbirdə şəhidlərin valideynləri, ailə üzvləri, millət vəkili Adil Əliyev, Hacı Şahin və digər şəxslər iştirak ediblər.
Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunub, Qarabağa həsr olunmuş klip nümayiş olunub. Klip Hacı Baburun maliyyə dəstəyilə ərsəyə gəlib. Mahnının sözləri də H.Babura məxsusdur.
Qeyd edək ki, Hasan Baburun şeirlərində mülki əhalinin, xüsusilə də uşaqların müharibə qurbanlarına çevrilməsinə etiraz bildirilir. Bunlardan biri də onun Seyyid Talehlə birlikdə ərsəyə gətirdiyi “Bak Yemende çocuklara” mahnısı və klipidir.