Mayın 17-də İsveçrənin Cenevrə şəhərində pianoçuların 14-cü Beynəlxalq müsabiqəsinə yekun vurulub.
Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyevanın təşkilatı dəstəyilə keçirilən müsabiqənin builki qalibləri arasında beş azərbaycanlı da var.
Qaliblərə mükafatlar, o cümlədən Heydər Əliyev mükafatı təqdim edilib. Daha sonra qaliblərin ifasında musiqi parçaları səslənib.
Qeyd edək ki, İsveçrənin Bern şəhərində yaradılmış “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdi ilk dəfə olaraq bu müsabiqədə iştirak edib. İsveçrə təhsil sisteminə inteqrasiya olunmuş bu məktəbdə Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə yanaşı, milli rəqs və musiqi dərsləri də tədris olunur.
Qeyd edək ki, 1996-cı ildən etibarən keçirilən müsabiqədə hər il 250-dən çox musiqiçi iştirak edir.