Mayın 10 − 11-də Buxara şəhərində "Özbəkistan − bizim ümumi evimizdir" festivalı keçirilib.
Azərbaycan Respublikasının Milli Mədəni Mərkəzinin Buxara filialının üzvləri bu festivalda fəal iştirak ediblər. Təşkilati və maliyyə dəstəyini bu qurumun gənclər mərkəzinin üzvü Kamran Babayev göstərib.
Müğənnilər və qizlardan ibarət rəqs qrupu Azərbaycanın milli mahnı və rəqslərini ifa ediblər. Festival çərçivəsində Azərbaycanın mədəni irsinin sərgisi təşkil olunub. Burada Azərbaycan haqqında kitablar, jurnallar və dulusçuluq nümunələri nümayiş etdirilib.
Özbəkistanın Nazirlər Kabineti nəzdində millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri üzrə Komitənin, Buxara vilayətinin və Buxara şəhərinin hökumət nümayəndələri Azərbaycan Mədəni Mərkəzini diplomla təltif ediblər. Soydaşlarımıza qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.