Mayın 9-dan 12-dək Yunanıstanın Saloniki şəhərində 16-cı Beynəlxalq kitab sərgisi keçirilib.
Ölkəmiz sərgidə Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi Azərbaycan ədəbiyyatı nümunələrilə təmsil olunub. Bir sıra Azərbaycan yazıçı və şairlərinin ingilis dilinə tərcümə olunmuş əsərləri ziyarətçilərə təqdim olunub.
Sərgi çərçivəsində Azərbaycanın Yunanıstandaki müvəqqəti işlər vəkili Eldar Əliyev dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650-ci ildönümünə həsr olunmuş təqdimatla çıxış edib. “Nəsimi” bədii filmindən ingilis dilində altyazılı fraqmentlər nümayiş olunub.
Bu mötəbər tədbirdə iştirakımız “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyilə baş tutub.