Finlandiyanın Hanko şəhəridə II Dünya müharibəsinin qələbə ilə başa çatmasının 74-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, rus və Azərbaycan diasporalarının üzvləri, Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov iştirak ediblər.
Tədbirdə çıxış edən Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, II Dünya müharibəsində 700 minə yaxın azərbaycanlı döyüşüb. Azərbaycanlılar qələbənin əldə olunması üçün arxa cəbhədə də fədakarlıqlar göstəriblər. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı olub. SSRİ-də istehsal edilən neftin 75 faizini Bakı nefti təşkil edib.
Yerli sakinlər və rusiyalı səfir Azərbaycana və bütün azərbaycanlılara təşəkkürlərini bildiriblər.
Tədbir bədii hissə ilə yekunlaşıb.